Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarif Şurası hamının maraqlandığı suallara aydınlıq gətirdi - RƏSMİ


Son günlər Azərbaycanda benzinin və dizelin bahalaşması sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.
Yazılanlara görə, yanacağın bahalaşması bir çox məhsulların, xüsusən də çörəyin qiymətində artıma səbəb olacaq.
Çünki yanacağın bahalaşması birbaşa olmasa da, dolayı yolla sahibkarların əlavə xərcə düşməsinə səbəb olur. Yəni istehsal olunan çörəyin və ya digər məhsulun daşınması üçün çəkilən xərclər istər-istəməz artır. Bununla da, sahibkar məcbur olacaq ki, istehlakçıya satdığı çörəyin qiymətini ya bahalaşdırsın, yaxud da onun çəkisini azaltsın.

Çörəyin çəkisinin azalması da dolayı yolla məhsulun qiymətinin artırılması deməkdir.
Qeyd edək ki, çörək strateji məhsul olduğu üçün dövlət nəzarətindədir. Lakin onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.
Bəs ölkədə nəzarətdə olan məhsul və xidmətlərdən hansı bahalaşacaq?
Suala cavab öyrənmək üçün Tarif (qiymət) Şurası ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymətində bahalaşma nəzərdə tutulmayıb. “Bu barədə hələlik müzakirə aparılmır”, - deyə qurumdan bildirildi.
Xatırladaq ki, Tarif (qiymət) Şurası tərəfindən aşağıdakı xidmət və məhsulların qiyməti tənzimlənir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10