
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ələkbərov Ömər Teymur oğlu deyib.
“Məni yaralı vəziyyətdə iki qandalla saxlayırdılar. Mən Azərbaycan əsgəri olduğumla fəxr edirdim. Mən inanırdım ki, Ali Baş Komandan İlham Əliyev mümkün deyil ki, bizi orada qoysun. Bizə işgəncə verən zaman deyirdilər niyə qışqırmırsınız? Ağrımır? Erməni mənə sual verirdi ki, sizə iynə vururlar belə olursunuz? Dedim necə. Dedi ki, öz gözümün şahidi oldum ki, güllə vurduğum adam durub üstümə gəlir", - o əlavə edib.