Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"İraq 3 yerə parçalanacaq, Türkiyə hazır olmalıdır" - Abdullah Ağar


Düşünürəm ki, 2021-ci il böyük riskə - İraqın parçalanmasına qayıtdığımız il olacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar çıxış edib.
"Aşağıdakı xəritə İraqı ən azı 3 hissəyə bölməyə çalışanlara məxsusdur. Ancaq bilirlər ki, İraq bölünməyə başlayarsa, bu, 3 hissəyə parçalanmaqla bitməyəcək. Türkiyə və bölgə üçün İraqın sabitliyi Suriya ilə müqayisədə daha böyük həcm və riskə sahibdir.
İraq Yaxın Şərqin geosiyasi və qlobal teologiyasının ürəyidir. Türkiyə İraqı hər zaman izləməyə, staregiya qurub təsir göstərməyə hazır olmalıdır", - Ağar qeyd edib.
Ağar İraqın parçalanacağının səbəblərini belə izah edib:
- Mərkəzi hökumətin zəifliyi;
- Federal sistemin tətbiq edilməməsi;
- Ekoloji böhran;
- Neftin ucuzlaşması;
- Ölkəyə İran-ABŞ müdaxiləsi və davası;
- Məzhəb və etnik çəkişmə.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10