Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

16 yaşlı qızın cinayəti||--||



Bir həftə öncə Masallı rayonunun Ərəb kəndində baş vermiş cinayət hadisəsi bu günlərdə mətbuatın gündəmindən düşmədi. Belə ki, 16 yaşlı Nərminə Şıxıyeva Ağasadıq qızı gündüz-günorta çağı 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevə 17 bıçaq zərbəsi vurmaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. H.Vəliyev təcili Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib və həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub . Müxtəlif mənbələrdən aldığımız məlumatlarda bildirilir ki,

Nərminə Vəliyeva son illərdə Masallı rayonunun Xırmandalı kəndində yaşasa da, buna qədər Bakının Türkan kəndində yaşamışdı. Səbəb isə 15-17 il öncə anasının ailə həyatı quraraq Xırmandalıdan həmin kəndə köçməsi idi. Nərminə də dünyaya həmin kənddə göz açıb. Tam dəqiqləşdirə bilməsək də, belə məlumatlar da dolaşır ki, onun Türkanda yaşayan atası da əvvəllər bir neçə dəfə müxtəlif cinayətlər törədibmiş.

Bəzi mənbələr Nərminənin bibisi oğlu tərəfindən qaçırıldığını desə də, digər mənbələr onun son 2 ildə kənddə yaşadığını, qaçırıldığı bildirilən oğlanla sahədə qoyun otardıqlarını bildirirlər. Yəni, əslində, qaçırılma olmayıb. Sadəcə onun bibisi oğlu ilə yaxınlığı aşkarlanandan sonra kənddə söz-söhbət yaranıb. Nərminə həmin bibisi oğlundan dünyaya övlad da gətirib.

Verilən məlumata görə, məsələnin rəsmiləşməsinin səbəbi Nərminənin bibisi oğlu (indiki halda əri) tərəfindən döyülməsi olub. Döyülmə zamanı Nərminə ciddi zədələr aldığı üçün onun yaxınları, daha dəqiq desək, Ərəb kəndində yaşayan xalası Hüsniyyə Vəliyeva və onun əri Nərminəni Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin müayinəsi nəticəsində qızın həm də hamilə olduğu aşkarlanıb və təbiidir ki, həkimlər tərəfindən polis məlumatlandırılıb. Polis araşdırmasından sonra məlum olub ki, Xırmandalı kənd sakini Şıxalıyev Zirəddin Feyzi oğlu azyaşlı Nərminə Şıxıyeva ilə intim münasibətdə olub və qadın hamilədir. Beləliklə, Şıxalıyev Zirəddin Feyzi oğlu haqqında cinayət işi açılıb və iş məhkəməyə verilib. Bıçaqlanma hadisəsindən bir neçə gün qabaq hadisə ilə bağlı məhkəmə keçirilib və Şıxalıyev Zirəddin Feyzi oğlu həbs edilib.

Bəzi mənbələrin dediyinə görə, məhkəmə zalında ikən Şıxalıyev Zirəddin Feyzi oğlu Nərminəyə deyir ki, sənin xalan Hüsniyyə və onun ailəsi (yeri gəlmişkən, Hüsniyyə Vəliyeva onun da bibisidir) bizim düşmənimizdir, bizi onlar satıb, onlardan intiqamımızı alarsan. Elə məhkəmə zalındaca Nərminə xalasına xəbərdarlıq edir ki, sizin hamınızı doğrayacağam. Qaynanası da onunla həmfikir olur.


Bundan sonra vəziyyət daha da gərginləşib. Müxtəlif mənbələrin məlumatına görə, həbs olunan oğlanın anası Nərminənin qarşısında şərt qoyub ki, xalası onları satdığı və nəticədə Nərminənin həyat yoldaşını həbs etdirdiyi üçün onlardan qısas almalıdır. Belə etməsə, Nərminəni evdə saxlamayacaq. Olduqca həyəcanlı vəziyyətdə olan Nərminə məhkəmənin səhəri günü, deyilənlərə görə, Şərəfə kəndindəki dükanların birindən bir bıcaq alaraq, guya onlardan polisə şikayət edən xalasının yaşadığı Ərəb kəndinə gəlir. Əvvəl əkin sahəsində işləyən xalasına xətər yetirmək istəsə də, xalası ərinin orada olduğundan çəkinərək oradan uzaqlaşır. Bu vaxt anasının yanına gedən 8 yaşlı xalası oğlu Həsənə rast gəlir. Əsəbləri gərilmiş Nərminə hayıfını uşaqdan çıxmaq qərarına gəlir. Onu tutaraq çoxsaylı bıçaq zərbələri ilə yaralayır və ölmüş bilərək su kanalına atır. Həm də ən maraqlısı budur ki, Nərminə bütün bu hadisələri telefonu ilə lentə alıb. Mənbənin dediyinə görə, bunu o, həbs edilən bibisi oğlunun (ərinin) tələbi ilə edibmiş.

Hadisədən xəbər tutan kənd camaatı uşağı xilas edib dərhal xəstəxanaya çatdırıblar. Çoxsaylı bıçaq zərbələri almasına baxmayaraq uşağı xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Nərminə Vəliyeva, eləcə də onu bu işə, qisasçılığa təhrik edən qaynanası saxlanılıb. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10