Maraqlı sual yaranır-bəs Putindən medal alan azərbaycanlı Hikmət Məmmədov öz doğma yurdunda hansı xeyriyyəçilik göstərib?
Dünyanın bir çox nöqtələrində, eləcə də uzaq Sibirdə çalışan azərbaycanlılar arasında masallılar da az deyil.
Onlardan biri də Masallı rayonunun Ərkivan qəsəbə sakini (Zeynoba məhəlləsi) Məmmədov Hikmət Əlheydər oğludur. 10 ildən artıq Yəhudi Muxtar Vilayətinin paytaxt şəhəri Birobican şəhərində çalışan
Hikmət Məmmədov azad sahibkar kimi xeyli nüfuz sahibi olmuş, həm sahibkar, həm xeyriyyəçi kimi yerli sakinlərin böyük hörmətini qazanmış, hətta vilayət Milli Məclisinin millət vəkili seçilmişdir.
Bu günlərdə isə Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Ümumrusiya Qarşılıqlı Yardım Fəaliyyətinin Təşkilinə verdiyi dəyərli töhfələrə görə Xatirə Medalı ilə təltif olunub.
Maraqlı sual yaranır-bəs Hikmət Məmmədov öz doğma yurdunda hansı xeyriyyəçilik əməlləri göstərib? Əsasən xeyriyyəçilik işlərini reklam etməyi xoşlamayan Hikmət bəy haqqında İlkin məlumata görə uşaq Sibirdə yaşayan həmyerlimiz oxuduğu Həsənəküçə tam orta məktəbin, Zeynoba məhəlləsində yolun təmirinə, işıqlandırılmasına və digər işlərə vaxtaşırı yardımlar edib. Onun imkansız ailələrə vaxtaşırı etdiyi ardıcıl yardımlar isə on min manatlarla ölçülür.
Onu da xatırladaq ki, Putinin imzası ilə Xatirə medalı alan Hikmət Məmmədov tək deyil. Hikmət Məmmədovun yaxın qohumu - Əsgərov Seyran Güloğlan oğlu da həmin medala layiq görülüb..
Hər iki həmyerlimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.
Zahir Əmənov