Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu ölkədən Rusiyaya ərazi iddiası: Geri qaytar...


Estoniya hesab edir ki, 1920-ci il Tartus razılaşması qüvvədədir.
Cenub.az xəbər verir ki, bunu parlamentin spikeri Henn Pılluaas deyib.
Onun sözlərinə görə, razılaşma çərçivəsində Pskov və Leninqrad vilayətlərinin tərkibinə daxil olan bəzi torpaqlar Estoniyaya verilməlidir. O, bu razılaşma sayəsində Estoniya ilə Rusiya arasında sərhədin müəyyənləşdirildiyini və beynəlxalq hüquq nöqteyi-nəzərdən onun hələ də qüvvədə olduğunu bildirib.
Pılluaas Rusiya ilə 2014-cü ildə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan razılaşmanı parlamentdə ratifikasiya etməyəcəklərini söyləyib.
Qeyd edək ki, Tartus razılaşması 1920-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Estoniya arasında imzalanıb. Razılaşmaya əsasən, Pskov quberniyasının bir hissəsi, eləcə də Leninqrad əyalətindəki ərazilərin bəziləri Estoniyaya verilməli idi. 1944-cü ildə SSRİ-nin Estoniyanı işğalından sonra Rusiya bu əraziləri özünə birləşdirib. Moskva ilə Estoniya arasında yeni sərhəd razılaşması 2005-ci ildə imzalanıb. Razılaşmanın ratifikasiyası zamanı Estoniya ora Tartus razılaşmasına istinadla bağlı əlavə yerləşdirib. Moskva sonradan bu razılaşmanın qəbuledilməz olduğunu bildirib ki, bu da tərəflərin 2014-cü ildə yeni sərhəd razılaşmasının layihəsini imzalamasına gətirib çıxarıb. Razılaşma hər iki tərəfin parlamentinə təsdiq üçün göndərilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10