Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tənqid yazmışdıq, icra hakimiyyəti...


Tənqid yazmışdıq, icra hakimiyyəti...

Sən demə, tənqidə həssaslıqla yanaşanlar da var imiş


Son bir ayda Masallı rayonundakı problemlərlə, gözəgirən nöqsanlarla bağlı bir neçə kəskin məqalə dərc etmişdik. “Masallıda normal zibil qabı da yox imiş”, “Region mətbuatı-mətbuatın ögey ovladı” və sair (Linkləri əlavə edirik .http://cenub.az/sosial/797-masallida-normal-zibil-qabi-da-yox-

http://cenu bxeberleri.com/medeniyyet/816-region-metbuati-metbuatimizin-ogey-ovladi.htm )

Maraqlı olan odur ki, ötən illərdən fərqli olaraq, həmin yazılara görə nə təzyiqə, nə şantaja məruz qaldıq. Əksinə, yazdlqlarımız İcra hakimiyyəti tərəfində diqqətlə öyrənildi və təsdiqini tapdı.

Tənqidlərimizdən sonra Xətai parkında əsaslı təmizləmə işləri aparıldı, buradan bir neçə maşın zibil çıxarıldı. Daha sonra parkdakı bütün oturacaqlar və ağaclar, eləcə də çəkilər ağardıldı. Avqustun 17-də parka əlavə 4 oturacaq, eləcə də 2 əlavə zibil qabı gətirildi.


RİH Başçısının müavini Nəsir Muxtarlı nın bildirdiyinə görə, avqustun 18-də parkın şərq tərəfində, Masallı məscidindən 4 yola, “Xan” Şadlıq Zalına qədər olan məsafədə 10 elektrik lampası asılacaq. O həmçinin bildirdi ki, 2018-ci ilin əvvəlində həmin parkda əsaslı

təmir işləri aparılacaq və Xətai parkı sakinlərin əsl istirahət yerinə çevriləcək.

Masallıda saytların-İcra hakimiyyətinin də saytı daxil bərbad vəziyyətdə olduğunu da kəskin tənqid etmişdik. Bu sahədə də, necə deyərlər, tərpəniş var. Belə ki, Masallının elektron salnaməsi kimi nəzərdə tutulmuş Masallilar az saytı yenidən bərpa olunur. Bununla bağlı peşəkarlardan ibarət işçi qrupu yaradılıb. Əvvəlki materiallar yenidən redaktə olunur. Yaxın aylarda saytın geniş təqdimat mərasimi olacaq. Bundan əlavə Masallı Regional Dövlət Kolleci Yeni Həyat qəzeti öz saytlarına yaxın vaxtlarda izləyicilərinə təqdim edəcək. Digər təşkilatların da öz saytların yaradacağı gözlənilir. Bu məsələni icra hakimiyyətindəki müvafiq qurumlar tam nəzarətə götürüb.

Amma çözüləsi bir neçə problemlər də var. Yaxın vaxtlarda onları da diqqətinizə çatdıracağıq.

Sonda isə tənqidi qeyd və təkliflərimizə həssaslıqla yanaşdığına görə rayon rəsmilərinə təşəkkürümüzü bildiririk.

Ağsaqllar, hacılar, ziyalılar- siz də təklif və iradlarınızı deməkdən çəkinməyin. Həyat təkcə dominodan ibarət deyil. Sözünüz deyin, yiyəsinə çatacaq. Yəni, heç olmasa “loteriya” alın, sonra deyin ki, niyə maşın udmadım.

Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10