Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanın iki universiteti dünya universitetləri reytinqində yer aldı


UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar
 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti ən yaxşı dünya universitetlərini müəyyən edən "Universitetlərin Nüfuz Reytinqi 2020" ("THE University Impact Rankings 2020") cədvəlində yer alıb.
 
Cenub.az xəbər verir ki, reytinq cədvəlini dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" açıqlayıb.
 
Cədvələ əsasən, Azərbaycanın UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar.
 
Qurum sıralamanı 2020-ci il üçün universitetlərin BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə aparıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10