10 ehtiyaclı qazi ailəsinin hər birinə ərzaq alış-verişi üçün 1000 manatlıq kartı hədiyyə edib.
Cenub.az “Ümidim sənsən”İB-nin sədri Fidan Abbaslıya istinadən xəbər verir ki, ölkənin tanınmış sənətçilərindən olan Roza Zərgərli bu il dekabrın 30-da Masallıda olub. Masallıda ona müşayiət edənlərdən biri kimi Fidan Abbaslı bildirib ki, R. Zərgəlinin Masallıya gəlişində məqsəd
Azərsunholding (FİNAL yağları markası) şirkətinin maliyyə dəstəyi ilə Masallıda 2-ci Qarabağ savaşında iştirak etmiş, ehtiyaclı ailələrdə yaşayan şəxslərə yardım göstərmək olub. Roza Zərgərli Ərkivan qəsəbəsi, o cümlədən qəsəbə inzibatə dairəsində olan Allahyarlı, eləcə də Kolatan, Hişgədərə, Binə Xocavar kəndlərində, İsgəndərli ərazisində 10 ehtiyaclı ailədə olub, onların hər birinə ərzaq alış-verişi üçün 1000 manatlıq kartı hədiyyə edib.
Roza xanım Masallıda olarkən bir neçə şəhid və yaralı ailəsinin mənzil şəraiti ilə də maraqlanıb və onlara yardımçı olacağına söz verib.
Xatırladaq ki, Roza xanım bir sıra xeyirxah aksiyaları ilə yadda qalıb. Onu da yada salaq ki, Roza Zərgərli 2018-ci ilə Maşın Şouda yarışmanın qalibi olsa da, udduğu maşından imtina edib. Eləcə də yarışmanın aparıcısı Murad Dadaşovdan xahiş edib ki, maşını istənilən xeyirxahlıq aksiyasına sərf edə bilər. Artıq Roza Zərgərlinin 2 valideynin itirmiş 2 uşağı himayəyə götürdüyü də çoxlarına bəllidir.
Elcan. Cenub.az