Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mirnizam Vahabov: Hər şəhidin ad günündə belə onların qapısını döyürük


Yəni,  təkcə maddi yox, şəhid ailələrinə mənəvi dəstək olmağa çalışırıq


İl başa çatır. 2020-ci ildə olduqca ağır sınaqlarla – koronovirus, 2-ci Qarabağ savaşı və digər sınaqlarla üz-üzə qaldıq.  Bu həssas məqamda 70 saylı seçki dairəsindən millət vəkili seçilən Məşhur Məmmədov hansı addımları ilə yadda qaldı?

 

Həmin seçki dairəsindən millət vəkili Məşhur Məmmədovun köməkçisi Mirnizam Vahabov:  cenub.az-ın sorğusunu cavablandırır:

 

Sualınızı  konkret olaraq cavablandırım ki, bu həssas, sınaqlı məqamlarda 70 saylı seçki dairəsi bu dairədən millət vəkili olan  Məşhur Məmmədov başda olmaqla bütün komandası, könüllüləri ilə seçicilərinin, xüsusən şəhid, yaralı, qazı ailələrinin yanında olub.

Bu il sonuncu yardım aksiyamız 70 saylı seçki dairəsi üzrə 88 şəhid ailəsi ilə bayramlaşmamız oldu. Rəqəm sizə bəlkə qəribə gələ bilər. Yəni, 2-ci Qarabağ savaşında 70 saylı seçki dairəsi üzrə 22 şəhid qurban vermişik, bəs bu 66 rəqəm hardandır? Verdiyim suala özüm aydınlıq gətirim ki, Qarabağ savaşı 1-ci və 2-ci savaş adlansa da,  biz şəhidlərimizi 1-ci  və 2-ciyə ayırmadıq. Belə ki, yardımlar edərkən bütün Qarabağ şəhidlərini nəzərə alırıq. (Yəni, 1-ci savaşda 66, 2-ci savaşda 22, ümumilikdə 70 seçki dairəsi üzrə 88 şəhid ailəsinə yardım edilmişdir).

Biz sadəcə yardım etmirik. 70 saylı seçki dairəsindən olan hər şəhid ailəsinin qapısını onların bütün ağrı-acılarına şərik  olan, onların acısını öz acımız kimi qəbul edən bir qardaş kimi açırıq. Həm də bayramdan bayrama yox. Təkcə bir məqamı qeyd edim  ki, il ərzində hər şəhidin ad günündə həmin ailənin yanında olmuşuq. Bu tədbirlərin bir çoxunda millət vəkili Məşhur Məmmədov şəxsən iştirak edib.

Yarallıları da yaddan çıxarmamışıq. Dairə üzrə 120-yə yaxın yaralı əsgər ailəsinə yardımçı olmuş, onların müalicisini diqqətdə saxlamışıq. Evinin təmirinə, o evə gedən yola, ailənin digər ehtiyaclarına mümkün olan yardımları etmişik.

2-ci Qarabağ savaşında yüzlərlə masallılı döyüşçü qəhrəmanlıqla döyüşüb. Həmin ailıələr də yardımdan kənarda qalmayıb.

Məşhur müəllim vaxtı imkan verdikcə bütün şəhidlərin dəfnində iştirak edib.

Hazirda şəhidlərin xatirəsinin əbədlləşdirilməsi, bir sıra kəndlərdə xatirə kompleksləri yaradılması üçün layihələr hazırlanır.

Bundan əlavə koronivirusun yayıldığı ilk aylarda minlərlə ailəni əhatə edən pulsuz çörək paylanması aksiyası keçirilib.

Hazırladı: Elcan. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10