Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

1800-dən çox müsəlmanı kimsəsiz adaya apardılar


Banqladeş hökuməti 1800-dən çox arakanlı müsəlmanı Bhasan Çar adlı kimsəsiz adaya yerləşdirib.
Cenub.az xəbər verir ki, hökumətin bu qərarı beynəlxalq insan haqları təşkilatlarının kəskin narazılığına səbəb olub.
Bildirilir ki, sözügedən ada kəskin iqlimə malikdir, orada tez-tez güclü fırtına və sel fəlakəti yaşanır və bu səbəbdən yaşayış üçün əlverişli deyil.
Üstəlik, adaya yerləşdirilmiş qaçqınların ərzaq, tibbi xidmətlə təminatı, təhsil imkanları ilə bağlı da narahatlıq ifadə edilib.
Xatırladaq ki, Myanma hökuməti artıq bir neçə ildir arakanlı müsəlmanlara qarşı assimilyasiya siyasəti aparır. Buddist rejimin zülmündən dolayı yüz minlərlə müsəlman qaçqın ətraf ölkələrə, o cümlədən Banqladeşə sığınıb.
axar.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10