Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın ən böyük ölkəsinin ən tanınmış sənətçisi – Zeynəb necə Zeynəb oldu?


Bu gün dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Bu münasibətlə Zeynəb xanımı təbrik edir və onun haqqında az bilinən faktları oxucuların diqqətinə çatdırırıq.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
***
Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçır. Münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s.qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi olur. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs alır.
***
Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir.
***
Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib.
***
1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1988).
***
Uzun illər yeni il başlayan kimi dövlət televiziyası vasitəsi ilə ilk Zeynəb Xanlarovanın ifası verilirdi.

O, səhnəmizə hərəkətlilik və canlılıq gətirdi. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.
***
Az qala bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Bu günün özündə də Azərbaycanda ondan məşhur sənətkar yoxdur.
***
Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Onu bütün dünyada, xüsusən SSRİ ilə dostluq münasibətində olan ozamankı sosialist ölkələrdində yaxşı tanıyırdılar.
***
Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb

Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.
***
Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.
***
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.
***
ABŞ-da ən çox konsert verən Azərbaycan müğənnilərindəndir. Bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutan müğənni 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib.

ABŞ-da konsert zamanı Zeynəb Xanlarova tamaşaçılara ilk səfərindən məzəli bir əhvalat danışır:
"1989-cu ildəAmerikayaqastrolsəfərim zamanıifaetdiyimmahnılardanbiridə "Reyhan"idi. Əksəriyyəti Azərbaycandilinibaşadüşməyənzalbumahnınıböyükrəğbətlə qarşıladı. Mən niyə məhzbumahnıya beləreaksiyaolduğunatəəccübləndim.Sonratərcüməçimizbaşasaldıki, mahnınızın ABŞPrezidentiReyqanın haqqındaolduğunudüşünürlər.”
***
Zeynəb Xanlarova Milli Məclisdə İranla viza rejiminin yaradılması təklifini qətiyyətlə rədd edən və oradakı soydaşlarımızın Azərbaycana rahatlıqla gəlib-getməsinin tərəfdarı olan şəxslərdəndir.
***
Milli Məclis fəaliyyəti zamanı bir çox vətəndaşlar tərəfindən “susan deputatlar” siyahısında sadalansa da, bir sıra qalmaqallı çıxışların müəllifidir. Dəniz kənarı hasarlar, müəllimlərin, həkimlərin maaşı, pensiya və s. sosial məsələlərdə bir neçə dəfə emosional çıxışlar edib.

Milli Məclis spikeri Oqtay Əsədov onu “İstiqlal” ordeni alması münasibətilə təbrik etmədiyi üçün onu sərt tənqid edib:
“Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiz? Özünü orda oturanda elə apar ki, ordan enəndə də səni saysınlar!”
***
1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.
***
Xalq artistinin hazırda ABŞ-da yaşadığı bildirilir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10