Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu tanınmışlar Vətən müharibəsində iştirak etdi - Siyahı


Vətən müharibəsində iştirak edən tanınmış sənət və ədəbiyyat adamlarının siyahısını təqdim edirik.
Müğənni Vüqar Muradov Vətən müharibəsində iştirak edən sənətçilərimizdəndir.

Tamaşaçıların “Küləklər şəhəri” serialından tanıdığı aktyor Nicat Cəlilov da Vətən müharibəsinin başlandığı ilk günlərdən cəbhəyə könüllü yola düşən incəsənət adamlarındandır. O, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qeyd edək ki, Nicat Cəlilovun atası Birinci Qarabağ müharibəsinin iştirakçılarından olub.

“Planet Parin iz Baku” KVN teatrının aktyoru, ssenarist Emil Musayev müharibə başlayandan könüllü ordu sıralarına yazılıb.

Cəbhəyə yollananlar sırasında dijey Rövşən Həsənov da (DJ Roshka) var.

Tanınmış şair Emin Piri səfərbərlikdə könüllü qeydiyyatdan keçib və Vətən müharibəsi başlananda ehtiyatda olan leytenant kimi hərbi xidmətə çağırılıb. Hazırda Şuşadadır.

Tanınmış jurnalist, bir çox sənədli filmlərin ssenari müəllifi və rejissoru İlham Tumas ehtiyatda olan baş leytenant kimik ön cəbhəyə gedib. Hazırda xidmətini davam etdirir. Qeyd edək ki, İlham Tumas Birici Qarabağ müharibəsində N saylı hərbi hissəni tərkibində əlahiddə “Qurtuluş” taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib.

Yazıçı-jurnalist Taleh Şahsuvarlı zabit kimi döyüşlrədə iştirak edib. O, Vətən müharibəsində baş leytenant rütbəsi alıb. T.Şahsuvarlı daha çox jurnalist kimi tanınsa da ədəbi yaradıcılıqla da məşğuldur. "Canlanma" adlı romanı çap olunub.
QAZILER: Vəkil Aslan İsmayılov ön cəbhədə olan zabit-jurnalisti məhkəməyə  verib
Gənc şair Həsən Kür də Vətən müharibəsində iştirak edən qələm adamlarındandır. Həsən Kür ARB telekanalının keçirdiyi məşhur “Xalqın şairi” müsabiqəsinin qaliblərindəndir.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10