Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gündüz günorta çağı Qarabağ veteranının evindən pul oğurlanıb



Hadisə Masallının Kolatan Ərazi vahidliyinin Bala Kolatan kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü, Qarabağ veteranı Məlik Əhməd oğlu Səmədova məxsus evə gündüz saat 10-11 radələrində naməlum şəxs və ya şəxslər girib. Hadisə baş verən vaxtdı ailə üzvləri yaxın qohumlarıgildə toy şənliyinə hazırlaşırmışlar. Evdən rubl və manat olmaqla, ümumilikdə 4000 manat oğurlanıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hələlik oğruların kimliyi müəyyən edilməyib.
Fakt araşdırılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10