Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ-da yaşayan masallılar Məşhur müəllimə nələr yazdılar?



Salam, cenub.az. Mən ABŞ-ın Virciniya ştatında yaşayan masallılar adından sizə müraciət edirəm. Aramızda  9 saat zaman fərqi olsa da, inanın ki, yuxudan oyanan kimi ilk baxdığımız sayt-cenub.az olur. Bilmək istəyiriki ki, doğma Masallımızda nələr olur. Sizə ayrıca təşəkkür payımız, eləcə də bir az giley “buketimiz” var. Gileyimiz odur ki, arzulayırıq Masallıdan daha çox yazılar verəsiniz.
Bu yazıda isə məqsədim tam başqadır. Yeni il ərəfəsi, Masallıdakı yaxınlarımızdan birinə, evində yaralı əsgərimiz olan qohumumuza  yazışmamızda  onlardan soruşdum ki, yeni ilə ərəfəsi sizə nə yardım edim? Yazdılar ki, narahat olma, deputatımız Məşhur Məmmədov bizə necə lazımdırsa, yardım edib. Dedim təkcə sizəmi? Dedilər yox, onun nümayəndələri ətrafdakı bütün yaralı əsgər ailələrin hamısının qapısın açıblar. Sevindim və məlumatı daha da dəqiqləşdirməyə başladım. Öyrəndiyimə heyrətlənməyə bilmədim. Sən demə, millət vəkili Məşhur Məmmədov yeni ilə ərəfəsində təkcə öz seçki dairəsindəki 120 yaralı əsgərin hamısına bayram bağlaması göndərib.  
Söhbət təkcə deputatın səxavətindən, xərclədiyi pulun məbləğindən getmir-120 qəlbi sınığın qapısını açmaq,  qayğılarına həmdərd olmaq nə deməkdir? 120-ni 10 dəqiqəyə vursaq, yolu-filanı  çıxsaq, 20 saatdan artıq vaxt deməkdir. Sadəcə bunu deyə bilərik-halal olsun.
Düzü, deputatın bu əməli marağı çox çəkdi. Araşdırmağa başladım. Təkcə sizin saytınızda onun 2 geniş müsahibəsini oxuyandan sonra, başa düşüdüm ki, belə ürək sahibi başqa cür yox, elə bu cür addım atmalıdır.

Açığını deyim, zaman olub ki, bəzi masallılı deputatların əməlinə görə xəcalət çəkmişik, amma bu gün qürur duyuruq.
Çox istərdik ki, Məşhur müəllim Masallının istedadlı gənclərinin ABŞ-da təhsil almasına da yardımçı olsun. Biz də burada belələrinə lazimi dəstək göstərməyə  hazırıq.
Bir daha təşəkkürlər. Belə çətin anlarda xalq dəstək olan hər kəsin qarşısında baş əyirik.
ABŞ. Virciniya ştatı. Jalə Nəsimli,   Natəvan Əliyeva.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10