Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

5 milyon Həcc zəvvarından heç biri koronavirusa yoluxmadı... -RƏSMİ




“Səudiyyə Ərəbistanı dini mərasimlərin bərpasından bəri müqəddəs Məkkə və Mədinə məkanlarında 5 milyondan çox zəvvarı qəbul edib”.

Cenub.az  "ArabNews”-a istinadla xəbər verir ki,  bunu  Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri naziri Məhəmməd Saleh Benten söyləyib. 

“5 milyon zəvvar arasında bir nəfərdə də koronavirus infeksiyası qeydə alınmayıb ki, bu da Səudiyyə Ərəbistanının təhlükəli infeksiyaya qarşı apardığı tədbirlərin effektivliyini göstərir” - deyə nazir vurğulayıb. 

Səudiyyə Ərəbistanı pndemiya səbəbindən Ümrə ziyarətini mart ayında dayandırıb və iyul ayında Həcc minimal miqyasda - yalnız 1000 zəvvarın iştirakıyla  keçirilib.  22 sentyabrda Krallıq Ümrə ziyarəti etmək istəyən zəvvarların qəbulunu ciddi sanitariya normalarına riayət olunmaqla  qismən davam etdirib. 1 noyabrdan etibarən isə xaricdən gələn zəvvarların da kiçik Həcc mərasiminə qəbul olunmasına başlanıb. Bununla belə, Krallıq  koronavirus pandemiyasının yeni dalğasınınn qarşısını tamamilə ala bilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10