Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xoşqədəm Hidayət qızı masallılı yaralılara ev tikir





İki həfətə öncə cenub.az saytında çap etdiyimiz kiçik xəbər  yəqin ki, yadınızdadır.

Xəbərdə qeyd olunurdu ki, Masallı Rayon icra hakimiyyəti yaralıların adlı siyahısını bizdən ciddi-cəhdlə gizlətsə də (müavinlər səviyyəsində dəfələrlə zəng etsək də) öz kanallarımızla onları araşdırmağa başladıq. Məlum oldu ki, Masallı rayonunun Əhmədli kəndindən 2 qardaş eyni vaxtda hərbi xidmətə aparılıb. İkisi də yaralıdır. Kimdir bu qardaşlar?

Həsən və Hüseyn adlı bu qardaşlar əkizdır. Uşaq yaşlarında ataları evi tərk edib. Yaşamağa evləri olmadığı üçün dayısı evlərində yaşayırlar. Qardaşların birinin fiziki qüsurları var. Qardaşlardan biri sentyabrın, digəri oktyabrın sonlarında ağır yaralanıb. Biri ayağından və  gözündən, digəri isə qolundan yaralanıb və çoxlu qəlpə yaraları var. Ailəyə 2 dəfə yardım olunub. Daha bir neçə xeyriyyə təşkilatı onlara yardımçı olacaq. Yaralıların biri Bakıda hospitaldadır. O  da bir həftəlik məzuniyyətdən sonra hospitala qayıdacaq.

Bizi narahat edən başqa məqamdır. Doğrudanmı belə ailələrə heç güzəşt olmamalıdır? Əkiz qardaş. Ananın son ümidləri. Yuxarıda qeyd etdiyim kimi şəraitsizlikdən qardaş ocağına sığınıb. Hansı ki, bu ailənin də əlavə daha 7 üzvü var (ümumilikdə 10 nəfər). İndi də 2 yaralı. Olmazdı ki, bu əkizlərdən heç olmasa birini aparsınlar? Hələ hərbiyə gedən bu qardaşlarından birinin  fiziki qüsuru olub və yazdıqlarım komissiralığın diqqətinə çatdırılıb.

Eləcə də Şərəfə kəndindən olan ağır yaralı-Nurlan Əbilov. Deməli, Nurlanın nə atası, nə anası, nə bacısı, nə qardaşı var. 2 uşaq atasıdır. Hazırda 2 aya yaxındır ki, reanimasiyadadır Kifayət qədər də yardımlar olunur.

Hamıya bəllidir ki, onlarla könüllü döyüşə getmək üçün az qala qalmaqal salırdı. Nədən belə ciddi problemli ailələrə güzəşt olunmadı.

 Bu günlərdə ölkə televiziyaları qardaşlar haqqında veriliş nümayiş etdirəcəklər.

Redaksiyadan: Dekabrın 23-də isə şad xəbər eşitdik. Xəzər televiziyasının təşəbbüsü ilə həmin ekiz yaralılar üçün ev tikilməyə başlayıb. Bu barədə video görüntünü sizə təqdim edir, eləcə də Xoşqədəm xanıma təşəkkürümüzü bildiririk.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10