Rusiyalı politoloq: “Ermənistan Rusiya üçün “ikinci Əfqanıstan”a, gələcəkdə geri qaytarılmasına ümid olmadan xərclənən maddi ehtiyatların tükənməz çuxuruna çevrilir”
Noyabrın 10-dan Ermənistanda başlayan daxili siyasi gərginlik səngimək bilmir. Nikol Paşinyan hakimiyyətini bütün gücü ilə müdafiə etməyə çalışır. Onun müharibədə məğlub olan ordunun keçmiş hökumət tərəfindən qurulduğu və Serj Sarkisyanın indiki sərhədlərin müəyyənləşdirilməsinə razı olduğu barədə bütün arqumentləri heç bir nəticə vermir. Bütün uğursuzluqlarda yalnız onu günahkar sayırlar və hətta, Sünikdəki etirazçılar “Nikol türkdür” şüarını səsləndirməyə başlayıblar.
Mövzuya dair sualları rusiyalı politoloq Oleq Kuznetsov cavablandırıb.
- İrəvanda indi hansı proseslər gedir? Yəni ermənilər Paşinyanı devirmək istəyirlər, yoxsa…?
- Ümumiyyətlə, bu proseslər mənim üçün qəribə və anlaşılmazdır. Ölkə müharibəni yenicə uduzub və minlərlə insan paytaxtının küçələrində mitinq keçirir. Ən vacib sual: Küçələrə çıxan bütün insanların fiziki olaraq buna gücləri necə çatır, mitinqlər arasındakı fasilədə nə yeyirlər? Bəzi radikallar Qafandan Sünikə gedir, Ermənistan ordusunun itkin düşmüş əsgərlərinin yaxınları Paşinyanı Sünikdə yaxalamağa çalışırlar. Bu insanlar bütün bu “hərəkət”lər üçün qüvvəni haradan alırlar?
Baş verənlərə qərəzsiz bir baxışla baxsanız, məlum olur ki, müharibədəki məğlubiyyət ermənilərin əsas hissəsinə maddi cəhətdən təsir göstərməyib. İndi isə gündəlik çörəklərini qazanmaq üçün çalışmaq əvəzinə iclaslar keçirirlər. Yoxsa iclas keçirmək onların işidir? Yalnız bunun üçün maaş alırlar və mitinqlərdə iştirak onlar üçün əsas gəlir formasıdır?
Bununla birlikdə, Ermənistandakı daxili siyasi proseslər barədə düşünməkdən çoxdan imtina etmişəm, çünki bunların, müxtəlif gəlir mənbələri ətrafında qruplaşan oliqarxik klanların mübahisələrinin nəticəsi olduğunu yaxşı bilirəm. Ona görə də bu gün İrəvanda baş verənləri oliqarxların Paşinyan rejiminə qarşı sui-qəsdi kimi qiymətləndirirəm.
- Paşinyanın hakimiyyəti indi nə qədər güclüdür? Yeni ilə qədər duruş gətirəcək, ya vəzifəsindən ayrılacaq?
- Dəfələrlə demişəm ki, Paşinyan bu gün Ermənistanda həqiqətən dövlət qaynaqlarına nəzarət edən yeganə real fiqurdur və bu səbəbdən bu gün nə istefası, nə də hakimiyyətdən uzaqlaşdırılması mümkündür. Paşinyan kifayət qədər ictimai dəstəyə, Qərb sponsorlarından limitsiz kreditə və Moskvanın səssiz razılığına sahibdir. Müxalifətin arxasında diaspordan olan oliqarxların özəl kapitalları və ambisiyaları dayansa da, Paşinyanın resurs potensialı ilə heç vaxt müqayisə olunmayacaq. İndi onu batırmaq mümkün deyil. Bu gün onu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yolu 1999-cu ildə Vazgen Sarkisyanla olduğu kimidir - qətl. Ona qarşı sui-qəsd olmasa, o zaman uzun müddət hakimiyyətdə olacaq.
- Paşinyanın devrilməsi vəziyyətində əvəzində revanşistlərin hakimiyyətə gələcəyini gözləyirsinizmi? Bu, baş verərsə, onda hansı dəyişiklikləri gözləmək lazımdır?
- Bu hadisələrin inkişaf ssenarisi ölkədə vətəndaş müharibəsinin başlaması ilə müşaiəyt oluna bilər. Paşinyanı hakimiyyətə gətirən və bu günə qədər arxasında dayanmağa davam edən Qərb qüvvələri Ermənistana yatırımlarından əl çəkməyəcək. Paşinyanın kursunu davam etdirəcək “qara gün üçün fiqur”ları var. Ancaq bu, əksəriyyəti məhz bu revanşistlər olan bütün Kremlin, rusiyapərəst və eyni zamanda İran tərəfdarı olan erməni müxalifəti ilə fiziki olaraq məşğul olmaq üçün yaxşı bir səbəb olacaq.
Ermənistanın siyasi səhnəsində təmizlənmə aparılacaq. Amma daxili siyasi xaosun mümkün qədər uzun müddət davam etməsi Azərbaycanın əlinə oynayır. Bununla birlikdə, bu gün məhz Ermənistan (və bəzilərinin düşündüyü kimi Suriya yox) Rusiya üçün getdikcə daha çox “ikinci Əfqanıstan”a, gələcəkdə geri qaytarılmasına ümid olmadan xərclənən maddi ehtiyatların tükənməz bir çuxuruna çevrilir.
ayna.az