Xalq artisti COVID-19-dan vəfat edib
Sabir Əliyev Kürdəxanıdakı xəstəxanada müalicə olunurmuş
COVID-19-a yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. AYNA xəbər verir ki, bu barədə prodüser Sənan Sərdaroğlu məlumat paylaşıb.
Bildirib ki, Xalq artisti Kürdəxanı qəsəbəsindəki xəstəxanasında müalicə olunurmuş.
Qeyd edək ki, 72 yaşlı S.Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2017-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.