Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı 20 yaşlı gəlinin 5 günlük körpəsi Lənkəran xəstəxanasında ölüb


32 həftəlik hamilə qadının körpəsinin məhvinə keysəriyyə əməliyyatının səbəb olduğu bildirilir

Hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Masallı rayonunun Həsənli kənd sakini, 20 yaşlı Kəmalə Vəlişova müayinə olunmaq üçün bir neçə gün bundan qabaq valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Masallı rayonunda ultrasəs müayinəsindən keçən Kəmalə Vəlişovaya həkimlər doğuşun vaxtına qalması barədə məlumat da veriblər. Lakin təkrarən yoxlamadan keçmək üçün ana Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib.

Xəstəxanaya gətiriləndə Kəmalə Vəlişovanın səhhətində heç bir problem olmayıb. Kəmalə Vəlişovanın valideynləri onu müayinə edən həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı anaya deyiblər ki, 32 həftədir hamilədir. Lakin, gənc ananı müayinə edən həkim bu məlumatın doğru olmadığını deyib və ananı keysəriyyə yolu ilə əməliyyata götürülüb.

Əməliyyatdan sonra məlum olub ki, həqiqətən də ananın bətnindəki dölü 36 həftəlik deyil 32 həftəlikdir
.


Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qadın heç bir il olmayıb ki, keysəriyyə əməliyyatı olunub. Həmin dövrdə qadına ən azından bir il hamilə qalmaması məsləhət görülüb.
Ölümün dəqiq səbəblərini demək isə hələlik tez olardı.


Körpənin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Buradan götürülən nümünələr Səhiyyə Nazirliyinin müvafiq qurumlarında yoxlanılacaq. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.
(APA)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10