Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni qadın Paşinyanın qabağını kəsdi: “Sənin oğlun burdadı, mənimki isə qəbirdə...”


Dekabrın 19-da Ermənistan hökumətinin təşkil etdiyi anım yürüşündə insident yaşanıb.

Cenub.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanla dialoqa girən bir qadın ağlayaraq övladının müharibədə öldürülməsindən gileylənib.

Oğlunun müharibədən salamat qayıtmamasından yandığını deyən qadın Paşinyana bunları söyləyib: 

“Nikol, öləcəksənmi? Sən mənim övladımı əlimdən aldın. Mənim evim dağıldı. Növbəti dəfə məni Davitaşen körpüsünün üstündə görəcəksən. Mənim oğlum da indi səninki kimi burada olmalı idi. Amma o torpağın altında yatır...”

Bu sözləri eşidən baş nazir erməni qadına yaxınlaşaraq onu qucaqlayıb və onun əlaqə nömrəsini alıb. Bundan sonra oğlu haqqında danışan qadın bildirib ki, siyasətə qarışmır: "Amma o mənim yeganə övladım, kralım idi. Həyatım artıq mənasız hala gəlib".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10