Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

9 yaşlı uşaq 29,5 milyon dollarlıq qazancı ilə diqqət çəkdi - MARAQLI


ABŞ-ın məşhur jurnalı olan "Forbes" 2020-ci ildə "You tube" un ən çox qazanan bloggerlərinin adını açıqlayıb.

Cenub.az xəbər verir ki, zirvədə 29,5 milyon dollarlıq qazancı ilə oyuncaq videoları çəkən 9 yaşlı Ryan Kajı yer alıb. Sözügedən uşağın "You tube" da 3 ildir ən çox qazanan blogger olduğu bildirilib.

"Ryan's World"(Ryanın Dünyası)" adı verilən kanalın 41,7 milyon abunəçisi, 12,2 milyard isə izlənmə sayı olduğu açıqlanıb.

Qeyd edək ki, ABŞ-ın Texas əyalətində yaşayan azyaşlı ailəsinin köməyi ilə 2015-ci ildə videolar çəkməyə başlayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10