Bu il dekabr ayının 18-də Masallı rayon 70 saylı seçki dairəsindən millət vəkili seçilmiş Məşhur Məmmədovun təşəbbüsü ilə Beyləqandakı hərbi hissədə qulluq edən bir qrup masallılı əsgərlərə yardım göndərilmişdir. Yardımları millət vəkilinin köməkçisi Mirnizam Vahabov və cenub xəbərtv-nin redaktoru Zahir Əmənov şəxsən təqdim etmişdir. Əsasən gündəlik tələbat mallarından (alt geyimlər, corab, lezva, siqarət, şampun, şirniyyat, kontur və s.) ibarət yardımlar əsgərlər tərəfindən çox razılıqla qarşılanmışdır.
Görüş zamanı əsgərlərlə ətraflı söhbət etdik, hərbidə könüllü xidmətlərinə, igidlikliklərinə görə təşəkkürlər bildirdik, qayğıları ilə maraqlandıq, hamımızın qürur duyduğu döyüş xatirələrinə qulaq asdıq. Lakin hərbi qaydalara müvafiq olaraq həmin söhbətləri sizə tam görüntülü təqdim edə bilmirik. Hələlik isə kiçik bir video və 2 foto şəkillə kifayətlənirik.
Yeri gəlmişkən xatırladaq ki, millət vəkili Məşhur Məmmədov digər illərdə olduğu kimi II Qarabağ savaşında daha intensiv işləmiş, şəhid ailələrinə, yaralılara, qazilərə silsilə yardımlar etmişdir.
Belə ki. Məşhur Məmmədovun seçildiyi dairədə olan 22 şəhid ailəsinin hamısının qayğıları ilə maraqlanmış, yardım etmiş, bir çoxunun ad günlərində belə özü, yaxud təmsilçisi həmin ailələrinin qapısını açmışdır.
Bundan əlavə M. Məmmədovun seçildiyi dairədəki 100-dən artıq yaralının siyahısı dəqiqləşmiş, onların qayğıları diqqətə alınmışdır. Mirnizam Vahabov unbildirdiyinə görə təkcə II Qarabağ savaşının yox, bütünlükdə Masallıdan olan 200-dən artıq şəhidin əksər qayğıları diqqət mərkəzimizdədir.
Yenil il ərəfəsində 70 saylı seçki dairəsindəki 190 şəhid və yaralı ailələrinə də yardım göstərilməsi nəzərdə tutulmuşdur.
Zahir Əmənov, cenub.az