Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

11 min manat qazanmağın ən asan yolu-1 hektar limon bağı, 9 min manat almaq üçün isə 1 hektar mandarin bağı sal



Bəli, yeni ildən  yeni salınacaq limon bağına görə 11,  mandarin bağına görə isə birdefelik 9 min manat subsidiya ala biləcək. Bu nə xəyaldır, nə illüziya. Necə deyərlər, çox yox, 1 hektar limon bağı salmağa başla,   11 min manat subsidiya al. Əgər, bunu 5 hektar sahədə etmək istəsəniz, həmin rəqəm bir ildə 55 min manat edir.

Onu da xatırladaq ki, bu vaxta qədər intensiv limon və portoğal bağlarına ilk 4 il ərzində  700 manat   yardım edilirdi. Növbəti il üçün nəzərdə tutulan birdəfəkik subsidiyanı alan şəxs həmin 700 manatı da alacaq.

 Məlum olduğu kimi Respublika Aqrar Subsidiya Şurası ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq hər il kənd təsərrüfatı sahəsinə verilən subsidiyaları sayını, məbləğini və əhatə dairəsini genişlənidirir. Məsələn, fındıq bitkisinin əkini üçün əvvəlki illərdə əsasən şimal, şimal-qərb və qərb zonalarına daxil 13 rayona subsidiyalar verilirdisə, 2021-ci ildən Yardımlı rayonu da daxil Ağdaş, Tərtər, Şamaxı və Tovuz rayonları da subsidiya alanlar sırasında olacaq.

Biz aşağıda digər kənd təsərrüfatı bitkiləri barədə daha ətraflı məlumat verəcəyik.

Daha çox maraq doğurduğu və yeni addım olduğu üçün limon və mandarin bağları üçün subsidiyalar barədə daha ətraflı məlumat vermək istəyirik.

6 növ meyvə bitkisi üzrə (2021-ci ildən) yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək. Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11000 manat/ha, portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha,   boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edəcək.

İndi isə, necə deyərlər, daha ətraflı.


Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləğinın aşağıdakılar istisna olmaqla 2020-ci il eyni saxlanılıb:

•    Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək. Ötən il fındıq bitkisi üzrə əkin subsidiyası yalnız Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Şabran, Şəki rayonlarında salınan bağlara şamil edilirdi.

•    Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları (1 iyun-31 avqust) ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası veriləcək.

•    6 növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək. Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11000 manat/ha, portağal, naringi bağlarına 9000 manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına 5000 manat/ha, zeytun bağlarına 4900 manat/ha,  boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4400 manat/ha təşkil edəcək.

•    İntensiv və yarıintensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk 4 il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəniləcək.

•    Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası veriləcək. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub.

Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası üzrə əmsallar, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) 2020-ci ildə olduğu kimi saxlanılıb, toxum kvotası və tinglər üzrə illik kvota isə təsdiqlənib.

P.S. Bəzi subsidiyaların detalları barədə əlavə məlumat verəcəyik.

Hazırladı: Eldəniz Vüsasl,  Masal DAİM-nin direktor müavini






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10