Ordumuz işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində addımlar atır.
Cenub.az Publika.az-a istinadla xəbər verir ki, yeni antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində ola bilər.
Erməni teleqram kanallarında yayılan informasiya bunu deməyə əsas verir.
“Qafandakı (söhbət işğal dövründə qanunsuz olaraq Ermənistana birləşdirilən kəndlərdəki erməni terrorçularından gedir) erməni hərbi birləşmələri Rusiya sülhməramlılarının nümayəndələri ilə danışıqlar aparıb. Ermənilərdən beynəlxalq səviyyədə tanınmış sərhəd xəttinə uyğun olaraq, Zəngilan və Qubadlı ərazisinə daxil olan hazırki mövqelərindən bir neçə kilometr qərbə - Ermənistanın içərilərinə doğru geri çəkilmək istənilib. Rusiya sülhməramlıları ermənilərə xəbərdarlıq edib ki, çəkilməsələr, bir neçə gün ərzində azərbaycanlılar hücum edəcək, belə olanda ruslar buna qarışmayacaqlar. Həmçinin o da bildirilib ki, ermənilər bu ərazilərdə qalıb müdafiə olunmaq istəyirlərsə, onlara heç nə deyə bilməzlər”, - məlumatda bildirilir.
Nikol Paşinyanın “Zəngilan-Qubadlı məsələsini soyuq başla həll etmək lazımdır” açıqlamasına baxmayaraq, ermənilərin Nikolayın dövründə qalma hərbi texnika ilə “biz Süniki (Zəngəzur) müdafiə edəcəyik” pozaları onların geri çəkilmək niyyətində olmadığını göstərir.
Bu o deməkdir ki, növbəti antiterror əməliyyatı Zəngilan-Qubadlı istiqamətində olacaq.