Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, dünya şöhrətli alim, eyni zamanda ədəbiyyat bilicisi, söz xiridarı, özü də ara-sıra şeirlər yazan professor Xudu Məmmədovun doğum günüdür. Bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edirik.
Xudu Məmmədov 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub.
***
1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi dərəcəsini qazanıb.
250 elmi əsər, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişib.
***
Hələ sovet dövründə türkçülük ideyaları ilə kəskin çıxışlar edən Xudu Məmmədov 1985-ci ildə Türkiyə-Azərbaycan sərhədləri açılsa da heç vaxt Türkiyədə olmayıb. O, bunun səbəbini belə izah edib: “Qorxuram gedib Türkiyədə arzu və xəyal etdiyim mühitin əksini görəm”.
***
Xudu Məmmədov 1970-ci illərdə görkəmli sənətkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazıb.
***
Azərbaycanın qədim abidələrini araşdıran X.Məmmədov Naxçıvandakı “Möminə Xatun” türbəsi, Orxon-Yenisey abidələri və bir çox qədim abidələrimizlə bağlı maraqlı açıqlamalar edib.
Azərbaycan televiziyasında “Elm və sənət” verilişinin aparıcısı olub. Tamaşaçıların böyük marağına səbəb olan bu verilişin buraxılışlarından birində simmetriya nəzəriyyəsini əsas gətirərək, kağıza yazılmış “Xalq” sözünün, həm də tərsinə olaraq “Qalx” kimi oxunduğunu söyləmişdi.
***
Xudu Məmmədov Sovet hökumətinin “təhlükəli” hesab etdiyi “Xudu naxış klubu”nu yaradır. 1984-cü ildə həmin klubda Azərbaycanda ilk dəfə xalqımızın etnogenezis problemlərinə həsr edilən elmi seminar keçirilir.
***
Sovet hökumətinin müəyyən dairələrində bu tədbir narahatlıq doğurmuşdu. Bu “narahatlığın” ifadəsi olaraq Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev Moskva mətbuatında çıxış edərək, seminar iştirakçılarını “pantürkist”, “millətçi burjua cərəyanının üzvləri” adlandırmışdı.
Xudu Məmmədov yapon, alman, ingilis, Amerika alimlərinin böyük səs-küy salan elmi kəşflərini alt-üst etmişdi. Aldığı nəticələr dünyanı heyrətə salmışdı. Müasirləri, dünyanın yeni elm fədailəri tərəfindən "canlı və cansız təbiətin vəhdətini tapan böyük alim” adını almışdı.
***
Həm rəssam, həm musiqiçi, həm jurnalist, həm də şair idi. O, “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məşhur kitabların müəllifidir.
***
Onu həm də ədəbiyyat adamı hesab etmək olar. Bİr çox rübailər, bayatılar müəllifi olan Xudu müəllimin yazdığı bu şeiri dillər əzbəridir:
Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Elm köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun
***
Eyni zamanda bu bayatısı xalqımızın söz incilərindən sayılır:
Bu qala bizim qala
Həmişə bizim qala
Tikmədim özüm qalam
Tikdim ki izim qala
***
Xudu Məmmədov qısa müddət də olsa Ağdam Dram Teatrının rəssamı kimi fəaliyyət göstərib, Ağdamın mərkəzində inşa olunan məşhur “Çay evi”nin də ideya və layihə müəllifidir.
***
Ən çox sevdiyi şair Məhəmməd Füzuli olub.
***
Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə ilə çox yaxın dostluqları olub.
Onun ən böyük arzusu Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin bərpa olunmasını görmək idi. Məclislərin birində ona söz verildiyi zaman söylədiyi nitqində qeyd edir: “Ən böyük arzum budur ki, bir də görüm günlərin birində qapımız bərk döyülür… Gedib açanda görüm ki, qapının ağzında əlində süngülü tüfəng tutmuş türk əsgərləri dayanıb. Desinlər ki, əfəndim, bu mənzil Xudu Məmmədovundurmu? Deyim ki, bəli, Xudu Məmmədovundur! Soruşsunlar ki, kommunist Xudu Məmmədov sizsiniz? Deyim ki, bəli, mənəm... Sonra tüfəngi mənə tərəf çevirsinlər və desinlər ki, əllər yuxarı, biz gəlmişik Azərbaycandakı sonuncu kommunist Xudu Məmmədovu güllələməyə.”
***
Qarabağda alovlanmağa başlayan erməni- azərbaycanlı münaqişəsi zamanı Bakıda bütün işini-gücünü buraxıb Ağdama gedir. Ermənilər onun adını “Erməni xalqının düşmənləri” siyahısına salmışdı.
***
Olduqca həssas qəlbə malik olan Xudu Məmmədovla bağlı bir xatirə də var. 1978-ci ildə ailəsi və ailə dostları ilə birlikdə Xızıya dincəlməyə gedir. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı onlara yaxınlaşır. Xudu Məmmədov bu uşağı yanına çağırıb danışdırır. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu Məmmədov bunu eşidəndən sonra uşağa daha böyük məhəbbət göstərir. Soruşdu ki, sənə Bakıdan bir şey göndərməyimi istəyirsən? Uşaq ona: "Mənə məktub göndər, mənə kimsə məktub göndərmir” - deyir. Xudu Məmmədov göz yaşlarını saxlaya bilmir və ağlamağa başlayır. Bakıya qayıdandan sonra o uşağa məktub yazır, hədiyyələr də göndərir.
***
Xudu Məmmədov 1988-ci ildə Üzeyir Hacıbyəlinin ev muzeyində Qarabağla bağlı toplantı zamanı gözlənilmədən ürək tutmasından dünyasını dəyişib.
kulis.az