Masallıda ikimərtəbəli ev yanıb
Cenub.az xəbər verir ki, Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb. Evin sahibi uzun müddətdir ki, Rusiyada yaşayır.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.