Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Süleyman Mikayılovun fiaskosu - AIBA prezidenti ola bilmədi


Süleyman Mikayılovun fiaskosu -  AIBA prezidenti ola bilmədi
Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib.

"Report"un məlumatına görə, onlayn-formatda keçirilmiş seçkidə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb. Hollandiyalı Boris van der Vorst (30 faiz) ikinci, AIBA prezidenti səlahiyyətlərini icra edən mərakeşli Məhəmməd Mustasan (12,67 faiz) üçüncü yeri tutub.

Mikayılov və Anas əl-Otaiba (BƏƏ) səs toplaya bilməyib. Dominqo Solano (Dominikan Respublikası) və Rami əl-Məsri (Almaniya) isə namizədliklərini geri götürüb.

Kremlyov yeni vəzifədə ilkin vəzifəsinin AIBA-nın bir neçə milyon dollarlıq borclarını yaxın altı ay ərzində bağlamaqdan ibarət olduğunu bildirib. O, həmçinin qarşıdakı iki il müddətində ali boks qurumunun bərpası və inkişafı üçün 50 milyon ABŞ dolları cəlb etməyi hədəflədiklərini vurğulayıb.

Qeyd edək ki, Umar Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov həmçinin Avropa Boks Konfederasiyasının I vitse-prezidentidir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10