Və cənubdakı digər olaylar

(şəkil şərtidir)
Yanğının qısa qapanmadan baş verdiyi bildirilir.
Yanğının səbəbləri araşdırılır.

Masallının Ərkivan qəsəbəsindəki Göllü məhəlləsində Maşın ustası Hacı Aydın Seyfullayev in isə tövləsində yanğın baş verib. Yüzlərlə ot topası (ot presi) yanıb.
Həmçinin bir neçə mal-qaranın yandığı bildirilir.
Yanğının qarşısı vaxtında alınıb və onun yaxın evlərə yayılmasına imkan verilməyib.

Cəlilabad rayonu, Zəhmətabad kəndində isə sərhəd zolağında 7 hektar və kənd bələdiyyəsinə məxsus ərazidə 13 ha (ümumi 20 ha) biçilmiş taxıl sahəsi yanıb.

Hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaranın Təngərüd kənd sakini 21-yaşlı Kənan Ağayev in idarə etdiyi "VAZ-2106" markalı, avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Əvvəlcə avtomaşın hasara, sonra isə ağaca çırpılıb.
Nəticədə avtomobildəki sərnişin, Təngərüd kənd sakini 23-yaşlı Xəzan Səmədov ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Lakin meyitin şəxsiyyəti dəqiqləşməmişdi.
Bu gün məlum olub ki, həmin şəxs Astara sakini 1966-cı il təvəllüdlü Mirzəxan Həsənov dur.