"Yəqin ki, 1992-ci ilin fevralında Xocalı və Qaradağlı soyqırımları şəhidlərinin ruhu qarşısında alnıaçaıq dayana biləcəyik..."
1991-ci ildən bəri Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və s. məntəqələrimizdə Rusiya sülhməramlılarının himayəsinə sığınaraq hələ də fəaliyyət görüntüsü yaradan tör-töküntüləri gündəlik olaraq müxtəlif informasiya və ya dezinformasiyalar yaymaqla Azərbaycan cəmiyyətində qıcıq yaradırlar.
Cenub.az xəbər verir ki, bu günlərdə “yeni hökumət” qurmaqdan dəm vuran rejimin “şəhərsalma naziri” adlanan Aram Sarkisyan ad-soyadlı məxluq işğalçı Ermənistanın Hetq.am saytına müsahibəsində gələn 2021-ci il üçün planlaşdırılan tikinti işlərindən bəhs edib.
Söhbət Azərbaycan ordusunun nəzarətinə keçmiş torpaqlarımızda öncədən on illərlə qanunsuz məskunlaşaraq indi “qaçqın” düşmüş sayılan erməni ailələrinin evlə təmin olunmasından gedir. Əvvəlcə Rusiyanın köməyi ilə 8 min mənzilin tikintisinə toxunan “nazir” bu haqda Rusiya hökumətinə müraciət olunduğu, lakin konkret cavab alınmadığını bildirib. Ancaq o, iki humanitar yardım karvanında rusların Qarabağa tikinti materialları da göndərdiyini qeyd edib.
Bundan sonra A. Sarkisyan de-yure Azərbaycana məxsus bir sıra şəhər və kəndlərdə “qaçqınlar” üçün yeni qəsəbələrin salınmasından dəm vurub. Onun sözlərinə görə, artıq həmin məntqələrdə geolologiya-geodeziya işləri başlanıb. O, konkret olaraq “İvanyan” adlandırılımış Xocalı şəhərinin, Xocalı rayonunun “Noragyux” adlandırılmış Təzəbinə, Berkadzor kəndlərinin, Xocavənd rayonunun “Sxtoraşen” adlandırılmış Şıx Dursun, Qırmızı Bazar, “Varanda” adlandırılmış Qaradağlı kəndlərinin adlarını çəkib. Özü də həmin "qəsəbələri"n salınması üçün Ermənistan tikinti şirkətlərini cəlb etmək planlaşdırılır...
Xatırladaq ki, erməni işğalçı və terrorçuları Rusiyanın keçmiş 366-cı alayının dəstəyi ilə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində, həmin il fevralın 26-da isə Xocalı şəhərində xalqımızın qan yaddaşından heç zaman silinməyəcək dəhşətli soyqırımlar törətmişlər...
moderator