
Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bu şəxs Lerik rayonundan Masallıya çobanlıq etməyə gələn Ağası Cəfərov dur.
Ona bu işdə Masallıda çobanlıq edən həmyerliləri Afiyəddin İmanlı və Əliağa İmanov da köməklik edib.
Artıq hər 3 şəxs polis tərəfindən saxlanılıb. Onlar bundan başqa Şıxlar kəndi ərazisində də fermalardan birindən 9 baş qoyun oğurladıqlarını etiraf ediblər.
Qeyd edək ki, oğurlanan xırdabuynuzlu heyvanların bir hissəsi bazarlarda, bir hissəsi isə qəssablara satılıb.
Fakt araşdırılır.