İlham Əliyev: “Cəmi 44 gün ərzində Ermənistan Ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz gücünü qüdrətini göstərdi”
Bu gün Bakının Azadlıq meydanında keçirilən Zəfər paradındakı çıxışında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsindəki hərbi əməliyyatlardan danəşəb.
Ali Baş Komandan deyib ki, belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi: “Biz dünyada gedən prosesləri diqqətlə izləyirik və görürdük ki, son illərdə beynəlxalq hüquq, norma və prinsipləri kobudcasına surətdə pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Bundan əlavə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son qoyur, danışıqları mənasız edirdi. Biz bunu görürdük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında - müharibəyə 3 gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu. Bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma layiqli cavab aldı və biz onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, o diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli! Torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq! Belə də oldu. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu, ədaləti bərpa etdi. Hər gün bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi”.
“44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişdik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Böyük qəhrəmanlıq, şücaət göstərərək Azərbaycan əsgər və zabiti şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizin yekunu da Şuşa şəhərində vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur edildi”, - deyə Prezident vurğulayıb.
Ali Baş Komandan deyib ki, Şuşanın azad edilməsi tarixi hadisədir: “Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalar vasitəsi ilə dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilər tərəfindən uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar. Sanki Ermənistan Ordusu yenilməz Ordudur. Cəmi 44 gün ərzində Ermənistan Ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Azərbaycan öz gücünü qüdrətini göstərdi. Mən demişəm ki, biz güc toplayırdıq. Və bu gücü toplamışıq. Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq. Biz haqlı idik. Haqq, ədalət bizim tərəfimizdə idi. Və bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğaldan azad etsin”.
“Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasıya aktına imza atıb. Bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılıb, Azərbaycan bayrağı oralarda qaldırılıb. Bu onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusi ilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks təqdirdə bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il də davam edə bilər. Nə qədər biz buna dözə bilərdik, nə qədər səbir göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və Ermənistan işğal olunmuş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq. Onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan! Bunu mən müharibədən əvvəl və müharibə dövründə demişəm. Xalqa müraciətlərimdə, xarici mətbuat orqanlara verdiyim müsahibələrdə demişəm. Dedim ki, Ermənistan rədd olmalıdır bizim torpaqlarımızdan! Öz xoşu ilə etiraf etməli və çıxmalıdır, əks təqdirdə, sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra siyasi müstəvidə qələbə qazandıq. Düşməni məcbur etdik ki, Kəlbəcər, Ağdam və Laçın rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin”, - ölkə başçısı bildirib.