44 gün davam edən Qarabağ savaşı Azərbaycanın zəfəri ilə sona çatdı. Ordumuz düşmənin silahlı birləşmələrini geri çəkilməyə məcbur edərək layiqli cavab verdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə üçtərəfli bəyanata imza atmaqla təslim olan tərəf kimi məğlubiyyətə məruz qaldı.
Azərbaycan öz haqq mübarizəsində, Qarabağ savaşında torpaqlarını işğaldan azad etməklə yanaşı həm də terrorçuluqla mübarizədə gücünü və iradəsini nümayiş etdirdi, erməni terroruna, ermənilərin cinayətlərinə Azərbaycan ərazilərində son qoyuldu. Amma dünyada erməni terroru, ermənilərin qanlı cinayətləri davam etməkdədir.
Bu gün dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı erməni cinayətkar dəstələri mövcuddur. Onlardan biri də “Erməni gücü” (Armenian Power) adı altında Kaliforniya ştatının Los Anceles şəhərində fəaliyyət göstərir.
Amerika Birləşmiş Ştatlarının rəsmi qurumları “Erməni gücü” kriminal qruplaşmasının 250 nəfərdən artıq üzvü olduğunu qeyd edib. Bununla yanaşı, cinayətkar dəstə ilə əməkdaşlıq edənlərin sayının 2 min nəfərdən artıq olduğu göstərilib.
“Erməni gücü” kriminal qruplaşması 1980-ci ildən fəaliyyət göstərməyə başlayıb. Əsas üzvləri Ermənistan, Livan, İran və keçmiş SSRİ-nin şəhərlərindən olan ermənilərdir. İlk vaxtlar kiçik bir cinayətkar qrup kimi formalaşan dəstə sonralar böyük kriminal qruplaşmaya çevrilib.
“Erməni gücü”nün əsas fəaliyyət istiqaməti narkotik vasitələrin dövriyyəyə buraxılmasından, sifarişli və qarət məqsədilə qətl törətməkdən, zorlamadan, insan alverindən, adam oğurluğundan, hədə-qorxu yolu ilə soyğunçuluqdan, qeyri-qanuni qumar oyunlarından, reketlikdən ibarətdir. Bunlarla yanaşı qruplaşmanın üzvləri böyük pulların əldə olunması üçün digər cinayətlərdə də yüksək “peşəkarlıq” göstərirlər.
Şəxsi məlumatların oğurlanması ilə bank hesablarından külli miqdarda pulların çıxarılması, çirkli pulların yuyulması, saxta sənədlərlə yerli sakinlərin sosial yardımlarının mənimsənilməsi, sığorta maxinasiyaları və digər dələduzluq yolu ilə mənimsəmə əməlləri də “Erməni gücü”nün fəaliyyət dairəsinə daxildir.
“Erməni gücü”nə güc verən amillərdən biri də bu kriminal dəstənin dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən kriminal qruplaşmaları ilə tərəfdaşlığıdır. Zəncirvari əməliyyatlarda qarşılıqlı “iş birliyi” planlaşdırılan və törədilən cinayətlərin əhatə dairəsini daha da genişləndirir.
Amerika polisi və ABŞ Federal Təhlükəsizlik Bürosu uzun illərdir ki, “Erməni gücü” qruplaşması ilə mübarizə aparır. Təkcə 2011-ci ildə ABŞ-ın müvafiq qurumları dəstənin 94 nəfəri haqqında cinayət işi qaldırıb. Digər keçirilən bir əməliyyat zamanı daha 74 erməni cani məhkəmənin hökmü ilə dəmir barmaqlıqlar arasına göndərilib.
2014-cü ildə dəstənin fəal üzvlərindən biri olan Andranik Aloyan 75-dən artıq bank müştərisinin fərdi və maliyyə hesablarını əldə edərək pullarını mənimsəməkdə ittiham olunaraq həbs edilib. Mənimsənilən pulların ümumi məbləği 25 milyon dollara yaxın olub.
Kriminal qrupun digər fəallarından biri Yerkanyanın cinayət əməllərinə isə Los-Anceles məhkəməsi cəza tətbiq etməkdə çətinlik çəkib. Ayrı-ayrı cinayət epizodlarına görə, Yerkanyanın cəza müddəti 100 ilə bərabər olub. Məhkəmə bu erməni canini 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
ABŞ Federal Təhlükəsizliyi Bürosunun məlumatına görə “Erməni gücü” kriminal qruplaşmasının üzvləri bir neçə il ərzində bank dələduzluğu ilə Amerika vətəndaşlarına ümumilikdə 200 milyon dollardan artıq ziyan vurub. Bu məbləğ yalnız bank dələduzluğundan əldə olunub.
“Erməni gücü” dəstəsinin kriminal yollarında problemləri də az olmayıb. Xüsusilə Latın Amerikasındakı kriminal dəstələrlə yaranan münaqişələr ermənilərə baha başa gəlib. 2000-ci ildə “Erməni gücü”nün əsas yaradıcılarından biri Armen Petrosyan Latın Amerikasının kriminal mafiyası tərəfindən güllələnib. Özünəgüvən ermənilər Amerikada bu cür qisaslarla tez-tez üzləşiblər.
Maraqlı məqamlardan biri odur ki, həbslər və qətllər “Erməni gücü” kriminal qruplaşmasının sıralarını seyrəltməyib. Terrora, cinayətə meylli olan erməni gənclər cinayətkar dəstənin sırasını daxil olaraq “Erməni gücü”nü yenilməyə davam etməkdədirlər.
Daha maraqlı bir məqam isə “Erməni gücü”nün başçılarının Ermənistanın sabiq prezidentləri Robert Koçəryan və Serj Sərkisyanla yaxın dost münasibətlərində olmalarıdır. Amma bu heç də təəccüblü deyil. Çünki Ermənistanın terrora dəstək verməsi artıq bütün dünyaya bəllidir. Yəqin ki, çox keçməyəcək, baş nazir Nikol Paşinyanın da dünyaya yayılmış erməni caniləri ilə dostluq münasibətləri üzə çıxacaq. Bu məsələdə isə yada bir atalar sözü düşür: Dostunu göstər, kim olduğunu söyləyim.
İlham Cəmiloğlu, Musavat.com