Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarı ilə elan olunmuş sərt karantin rejiminin müddətinin Operativ Qərərgahın qərarı ilə noyabrın 01-dən dekabrın 28-dək uzadılması ilə əlaqədar Milli Kitabxana noyabrın 01-dən dekabrın 28-dək işləməyəcəkdir.Bu səbədən həmin müddət ərzində oxucuların yalnız onlayn sorğuları ödəniləcəkdir.
Müvəqqəti narahatlığa görə üzr istəyirik!
Bu elan M.F.Axundov adına Milli Kitabxananın veb-saytında yerləşdirilib.Yerləşdirilmiş igər bir elanda isə koronavirus təhlükəsi ilə əlaqədar Respublikada həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci ilin martın 11-dən Milli Kitabxana oxuculara xidməti müvəqqəti dayandırdığını bildirir.
Aktualinfo.orq xatırladır ki,əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.Bu müddət ərzində təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla bir çox idarə müəssisənin fəaliyyəti dayandırılıb,işçilərin sayı minimuma endirilib,o cümlədən kitabxana,və digər xidmət sahələri iş rejimini müvəqqəti olaraq dayandırmalı olub.M.F.Axundov Adına Milli Kitabxananın təqdim etdiyimiz elanlarından görsəndiyi kimi bir xidmət sahəsi olaraq kitabxana da fəaliyyətini dayandırmalı olub.
Lakin bütün bunlara baxmayaraq M.F.Axundov adına Milli Kitabxanası karantin dövründə, 17.08.2020-ci il tarixdən 07.12.2020-ci il tarixə qədər tender və kotirovka üsulu ilə 12 satınalma proseduru həyata keçirib.Bunlar hansılardır?
17.08.2020-ci il tarixdə sair torpaq tikili və avadanlıqların cari təmir işləri ilə bağlı layihə- smeta işlərinin görülməsinin satınalınması üzrə 3388 manat məbləğində müqavilə “FM-SMART PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə,
17.08.2020-ci il tarixdə digər kommunal xidmət haqların ödənilməsi ilə bağlı layihə-smeta işlərinin görülməsinin satınalınması üzrə 3034 manat məbləğində müqavilə “FM-SMART PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə,
26.08.2020-ci il tarixdə dəftərxana və təsərrüfat xərclərinin satınalması üzrə 214940.2 manat məbləğində müqavilə “STONE CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti ilə,
26.08.2020-ci il tarixdə istehlak yönlü müxtəlif xidmətlərin satınalması üzrə 155524 manat məbləğində müqavilə “STONE CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti ilə,
26.08.2020-ci il tarixdə qeyri-maddi aktivlər üzrə 86848 manat məbləğində müqavilə “ULTRA TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə,
27.08.2020-ci il tarixdə mətbəə məhsulları üzrə xərclər(ofset kağızı) üzrə 24998.04 manat məbləğində müqavilə “Zərdabı LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə,
07.09.2020-ci il tarixdə yumşaq inventar ,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 4367.18 manat məbləğində müqavilə “Vostok-Servis Baki” Qapalı Səhmdar Cəmiyyəti ilə,
01.10.2020-ci il tarixdə qeyri yaşayış binalarının əsaslı təmir işləri ilə bağlı layihə-smeta işlərinin görülməsinin satınalınması üzrə 4096 manat məbləğində müqavilə “FM-SMART PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə,
01.12.2020-ci il tarixdə cari təmir işlərin satınalınması üzrə 209310.64 manat məbləğində müqavilə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə,
01.12.2020-ci il tarixdə kommunal və kommunikasiya işlərinin satınalınması üzrə 135324.76 manat məbləğində müqavilə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə,
01.12.2020-ci il tarixdə bərk inventarların satınalınması üzrə 754 649.61 manat məbləğində müqavilə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə,
07.12.2020-ci il tarixdə əsaslı təmir işlərinin satınalınması üzrə 433722.22 manat məbləğində müqavilə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilələr bağlanılmışdır.
Qeyd edək ki,2020-ci ildə, karantin rejimi dövründə kitabxana əsaslı təmir işləri, bərk inventarlar, digər maşın və avadanlıqların satınalmasına ümumi olaraq 2 030 202 manat dövlət vəsaiti ayırıb.
2019-cu ildə isə kitabxana tərəfindən əsaslı təmir işləri, bərk inventarlar, digər maşın və avadanlıqlar üzrə ümumi olaraq 1 739 642 manat dəyərində satınalma müqavilələri bağlanılıb .
2018-ci ildə əsaslı təmirə 548 208.26, digər maşın və avadanlıqlara 389 999.96,cari təmir işlərinə 224 374.64, bərk inventarlara 979927.6 dövlət vəsaiti ayrılıb.
2017-ci ildə isə əsaslı təmir işlərinə 480 264.01,cari təmirə 222 528.88, digər maşın və avadanlıqlara 359 947.2,bərk inventarların satınalınmasına 944 999.99 manat dövlət vəsaiti ayrılıb.
Biz M.F.Axundov adına Milli Kitabxanasının ümumi sahəsinin neçə kvadratmetr olduğunu deyə bilmərik.Amma kənardan adama o qədər də böyük görsənməyən bu balaca binada hər il böyük pulların dövr etdiyini görmuş oluruq. Qeyd edək ki,Azərbaycanın Daşkəsən,Gədəbəy,Yardımlı,Lerik kimi rayon İcra Hakimiyyətləri il ərzində rayon ərazisində təmir, tikinti işlərinə bu qədər vəsit xərcləmirlər.Biz burada böyük məbləğlərdə ayrılmış vəsitləri nəzərdə tuturuq.Əlli.yüz minləri də bunların üzərinə gəldikdə kitabxana tərəfindən hər il 3 milyon manat dövlət vəsaitinin talandığı açıq-aydın görsənir.Keçirilmiş tenderlərdən kitabxananın sanki tamamilə dağıdılıb və yenidən qurulduğu təəssüratı yaranır.Bir balaca yerdə əsaslı və cari təmirə hər il nə qədər dövlət vəsaiti ayırmaq olar?Yaxud da bərk invertarların alınmasına nə qədər vəsait xərcləmək olar? Hələ digər xırda vəsaitləri demirik.Bütün bunlar reallığı əks etdirmir və dövlət vəsaitləri sanki göyə sovrulur.Amma göyə də sovrulmur,hamıya məlum yollarla kənarlaşdırılır, mənimsənilir. Ən maraqlısı ondadır ki,2018-ci ilin oktyabrında dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası üzrə Hesablama Palatasının keçirdiyi auditdə M.F.Axundov adına Milli Kitabxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulduğu bildirilir.
Audit yoxlamalarında qeyd olunur ki,2017-ci ildə “İnpeks-N” MMC tərəfindən Kitabxanaya bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazasının yığılması ilə bağlı proqram təminatı üzrə 47 442,5 manat dəyərində 5 ədəd proqram təminatının bazada faktiki varlığı müəyyən edilməyib, eyni zamanda 18 445 manat dəyərində 217 ədəd Antivirus (server) “Sym Endpoint protection”ın bazada faktiki varlığı müəyyən edilməsə də, əvəzində 11 741,9 manat dəyərində 217 ədəd Antivirus (server) Kaspersky Endpoint Protection-nın 8 aprel 2017-ci ildə bazaya yükləndiyi müəyyən edilib və nəticədə 6703,1 manat qiymət fərqi müəyyən edilib.
Kitabxana tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri pozularaq 2017-ci ildə beynəlxalq tədbirin keçirilməsi məqsədilə 45 000 manat məbləğində korovka sorğusu üzrə bağlanılmış satınnalma müqaviləsi barədə məlumat dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilməməməsinə, eləcə də 2017-ci ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri” xərc maddəsi üzrə nəzərdə tutulmuş 500 000 manat vəsatin 2017-ci il 9 mart tarixində 480 270 mana açıq tender, 2017-ci il 18 dekabr tarixdə isə 19 000 manat korovka sorğusu keçirilərək xərc edildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa təqdim edilib.
Bəs Respublika Prokurorluğu nə kimi tədbirlər görüb?2018-ci ildən sonra M.F.Axundov adına Milli Kitabxanasında onlarla belə satınalma müqavilələri bağlanıb. Lakin Kitabxananın direktoru Kərim Tahirova hələ də “gözün üstündə qaşın var” deyən yoxdur.Respublika Prokurorluğundan fərqli olaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən bu ilin may ayında vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,mənimsəmə, vəzifə saxtakarlığına görə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edildi.Görsənən odur ki,cari təmir işləri üçün nəzərdə tutulan külli miqdarda dövlət vəsaitlərinin talan olunmasında M.F.Axundov adına Milli Kitabxana da istisna deyil.Bəs niyə tədbir görülmür?
Aktualinfo.org