Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı rayonunun ensiklopedik məlumat kitabı hazırlanır


Azərbaycan, ingilis və rus dilində hazırlanacaq bu kitab Masallı ilə bağlı 2 mindən artıq məlumat toplanacaq

Bu vaxtadək Masallı rayonu, eləcə də onun ayrı-ayrı kənd və qəsəbələri, eləcə də   ziyalıları, din xadimləri, ayrı-ayrı tanınmışları, folkloru, xalçaçılığı haqqında 30-a yaxın kitab hazırlanıb. İndi hazırlanacaq ensiklopedik məlumat kitabı   bütün bu kitabların toplusu, necə deyərlər,  Masallı haqqında Baş Kitab olacaq.

“Masallının ensiklopedik məlumat kitabı” Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və dəstəyi ilə hazırlanır.

Kitabın hazırlanmasında Masallının tanınmış ziyalıları Əsədulla Cəfərov, Vaqif Yusifli, Fərahim Sadıqov, Rahid Ulusel, Əlniyaz Məmmədov, Nəsir Muxtarlı, Nurəddin Ədiloğlu, İltifat Məmməd, Vidadi Nəzərov və başqaları ilə məsləhətləşmələr aparılmışdır.

Artıq bölgəmizin tanınmış tarixçi və jurnalistlər  Mürüvvət Abbasov, Nurəddin Əddiloğlu, İldırım Şükürzadə ilkin materialları təqdim etmişlər və əlavə materiallar üzərində işləyirlər.

Faktiki işçi qrupu məndən – Zahir Əmənov, eləcə də   Alzaman Baxış,  Xudoşirin Cəbiyevdən və Natiq Muxtarlıdan ibarətdir.

Bu kitabın əsas hədəflərinin mündəricatını yaxın günlərdə təqdim edəcəyik. İlkin olaraq onu deyə bilərəm ki, bu kitabda rayonumuzun tarixi – eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman... tarixi, Masallı alimləri, din xadimləri, keçmiş tacirlərindən bu günkü iş adamlarına, xeyriyyəçilərinə , Masallı haqqında çoxlarının bilmədiyi maraqlı məlumatlarla, müxtəlif dəyərli şəxslər haqqına bilgilərlə qədər çoxlu məlumatlarla tanış olacaqsınız.

Toplanmış məlumatların əksəriyyəti öncə cenub.az saytında məxsusi  bu kitabla bağlı hazırlanmış “Masallı ensiklopediyası”bölümündə,  eləcə də   sosial şəbəkədə paylaşılacaq ki, yaddan çıxan, unudulan olmasan.

Kitabın  2 il müddətinə hazırlanması nəzərdə tutulub.

Belə möhtəşəm kitabın hazırlanmasına təşəbbüs və dəstək göstərdiyi üçün öncə Millət vəkili Məşhur Məmmədova, bu ideyaya dəstək vermiş ziyalılarımıza təşəkkürümüzü bildiririk. Eləcə də bütün masallılardan, masallısevərlərdən xahiş edirik bu barədə hansı təklifləri olarsa, işçi qrupuna çatdırsınlar. (Telefonlar- 0 50 (70)322 75 23, ünvan S. Vurğun 10. Cenub.az saytının ofisi).


İşçi qrupunun 

əlaqələndiricisi Zahir Əmənov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10