Bələdiyyə məclisi Britaniyanın Birminhem şəhərində əlamətdar bir məkana çevrilə biləcək yeni bir məscidin inşasını təsdiqləyib.
Cenub.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, 3 dekabrda layihəsi təsdiqlənən 7 mərtəbəli məsciddə bir icma mərkəzi, bir qız məktəbi, iclas zalları, mağazalar və hətta bir bağ yerləşəcəkdir.
Cümə namazı zamanı 2500-ə qədər mömin məscidi ziyarət edə, digər vaxtlarda da 500 nəfər namaz qıla biləcək. İngiltərənin Londondan sonra ikinci böyük şəhəri olan Birminhem çox sayda müsəlman əhaliyə sahibdir. Son siyahıya alınmaya görə, şəhər sakinlərinin 21,8 % -i özlərini müsəlman kimi təqdim edirlər.
/moderator