DTX rəisi Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri ilə görüşüb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarında xidməti ezamiyyətdə olub.
Cenub.az xəbər verir ki, general-polkovnik Əli Nağıyev Azərbaycan əsgərləri ilə söhbət edərək, onların problemləri ilə maraqlanıb.
Eyni zamanda, DTX-nin yaxın zamanlarda fəaliyyətə başlayacaq yerli şöbələrinin məsələlərini müzakirə edib və Rusiya sülhməramlılarına rəhbərlik edən general-leytenant Rüstəm Muradovla görüşüb.