Deyilənlər nə qədər realdır?
İsti-Su. Elə birinci bu addan başlayaq. Yerli əhali ora Bobo Qamo deyir. Mənası babanın qaynar, isti bulağı deməkdir.
Yanar Dağ (İnzibati cəhətdən Lerik rayonu ərazisinə daxildir). Yerli əhali bura Otəşvəşə (Mənası Atəşgah deməkdir.)
2-ci Yanardağ. Bura Sütərəğ (Azərbaycan dilində Yanar dağ, yəni əl ilə, təbii şəkildə yanmayan dağ. İstu-SU Şıxlarının yuxarısında yerləşir )
Şıxlar. Mənası Şıxəhoni, yəni Şeyxlərin bulağı. (Xatırladaq ki, buradakı qədim qəbirstanlığda 1500-ci iillərə aid qəbir daşları və ocaq da var).
Oronnik (İsti Suyu keçdikdən sonra axırıncı təpə). qədim vaxtlardada qaçaqlar tərəfindən “Uryadnik ” rütbəli rus öldürülüb.
Siyobıron (İndiki Qəriblər kəndi). Mənası qaratikanlıq. Bu barədə "Əxbarnamə"də də qeyd olunub.
Mişar çayı. Məşi, təhlükəli yer deməkdir.
Şır-şır bulağı. Əvvəllər Xatirə, Ekzotika, indi isə Qarabağ şəhidləri adlanır.
Şır-şırdan İsti-Su istiqamətinə yerləşən İstirahət mərkəzlər:
a. Xuqon poja. (Yəni douzların oylağı) Şır-şırdan qərbə tərəf, 1-ci istirahət mərkəzi.
b. Mənzərə. Əvvəlki adı bilinmir.
c. Mirzə bulağı (indi 7 bulaq). 3-cü istirahət mərkəzi.
d. Rığon (İndi 5 qardaş). Rığon xırda daşlar olan yer deməkdir.
e. Dəmir ağac.
Şır-Şırdan aşağa. Udman Bura vaxtı ilə batmış şəhərin adıdır.
Tək Keçid. İndi adın dəyişib Meşəbəyi qoyublar.
Qeyd: Bunları bizə oxucumuz Elxan təqdim edib. Kimdəsə daha dəqiq və mükəmməl məlumatlar varsa, onları da yazıya əlavə edə bilkərik.
Rəvan.