Göyçay rayonu Müskürlü kənd sakini, Vətən Müharibəsi iştirakçısı, qazi Rüstəm Məmmədovun atası Ramazan Məmmədov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Cenub.az xəbər verir ki, maddi vəziyyəti aşağı olan Ramazan Məmmədov İkinci Qarabağ Müharibəsində ağır yaralanan oğlu Rüstəm Məmmədova qarşı rayon icra hakimiyyətinin biganəliyindən, diqqətsizliyindən şikayətlənib. Bildirib ki, Suqovuşan kəndinin azad edilməsi əməliyyatında iştirak edən oğlu Rüstəm qəhrəmanlıq və şücaət göstərib, döyüş tapşırığını şərəflə yerinə yetirib, nəticədə ayağından, bədənindən və başından ağır yaralar alıb. Qazi atasının sözlərinə görə, hazırda evdə müalicə olunmağa buraxılan oğlunun müalicəsini davam etdirməyə nə özünün, nə də onun ailəsinin maddi durumu yol vermir.
Qəzalı evdə, yoxsul həyat tərzi keçirən qazi atası oğlunun müalicəsinin davam etdirilməsi, onun sosial problemlərinin həlli üçün Prezidentdən və Birinci vitse-prezidentdən kömək istəyib:
“Oğlum 04.07.1997-ci il tarixdə anadan olmuş Rüstəm Məmmədov Azərbaycan Prezidentinin 21.09.2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən 21.09.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək hərbi hissəyə aparılıb. Rüstəm Vətən Müharibəsində şücaət, qəhrəmanlıq göstərib. 02 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanıb. Ayağı bir neçə yerdən sınıb, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları alıb. Yevlax rayon Xəstəxanasında müalicə olunub, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılıb. Hazırda ayağı gipisdədir dəmir konstruksiyadadır. Hələ sağalmayıb sol nahiyədə görmə və eşitmə qabiliyyəti yoxdur. Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir digər 3 övladım azyaşlıdırlar”.
Qazi atası acınacaqlı yoxsul vəziyyətdə yaşadıqlarını, onlara heç bir yerdən maddi kömək olunmadığını diqqətə çatdırıb:
“Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir. Hər gün oğlumu ora aparıb gətirməyə belə maddi imkanım yoxdur. Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər. Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir dəfə də olsun Vətən müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var. Rüstəm hərbi xidmətdə ağır yaralanıb əmək qabiliyyətinin 90 faiz hissəsini itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir. Buna bizim savadımız təcrübəmiz çatmır ki, Rüstəmin xəstəlik sənədlərini toplayıb lazımi orqana təqdim edək, nəticədə ona əlillik dərəcəsi təyin edilsin. Cənab Prezident, hörmətli Mehriban xanım, Sizlərdən xahiş edirəm ki, Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz”.