Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ermənistanda vətəndaş müharibəsi ola bilər” - Ter-Petrosyan


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda güclənən mübarizədən narahatlığını bildirib.

“Cenub.az” xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi” partiyasının mətbuat katibi Arman Musinyan “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Ter-Petrosyanın fikrincə, baş nazir Nikol Paşinyanla müxalifətin bu posta namizəd göstərdiyi Vazgen Manukyanın iradəsindən asılı olmayaraq, bu qarşıdurma hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər:
“Ter-Petrosyanın fikrincə, bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər. O, ümid edir ki, Nikol Paşinyan və Vazgen Manukyan bu təhlükənin tam fərqinə vararaq hadisələrin gedişatından çəkinmək üçün bütün səylərini ortaya qoyacaqlar”.
Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefaya getməsi üçün 3 gün möhlət verib. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10