Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Paşinyanın istefasını tələb edən qüvvələrin hamısı Ermənistana böyük ziyan vurublar...”


“Ermənistan müharibəni uduzub, heç bir resursları yoxdur ki, ordusun bərpa etsin. Xalqa təzədən deyəcək ki, toqqanızın altını bərkidin? Ermənilər acından günorta dururlar”

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanda keçirilən ümumxalq mitinqi haqda danışarkən deyib. Politoloqun sözlərinə görə Paşinyanın istefasını tələb edən qüvvələr vaxtilə Ermənistanı acınacaqlı vəziyyətə salıblar:

“Paşinyanın istefasını tələb edənlər vaxtilə Ermənistanı idarə edərək çox acınacaqlı bir vəziyyətə salan qüvvələrdir. Bunların hamısı siyasi, iqtisadi canilərdir. Onların bir-bir adlarını çəkə bilərəm. Vazgen Manukyan Qarabağ Komitəsinin  adamlarından biri olub. Mən onunla 1989-cu ildə Moskvada şəxsən görüşmüşəm. Bu adam sonra gəlib müdafiə naziri oldu. Hansı ki, onda Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirdi. Daha sonra Levon Ter-Petrosyanın vaxtında baş nazir olub. Daha sonra seçkilərdə Petrosyanın rəqibi olub və iddiasına görə qalib gəlib, amma Petrosyan seçkiləri saxtalaşdırıb. Bununla da o, prezident ola bilməyib. Daha sonra isə o müxalifətə keçib Petrosyana qarşı çıxıb. Petrosyan Ermənistanda sülh istəyən yeganə prezident olub. O, qarşılıqlı güzəşt əsasında sülhdən danışırdı və buna görə onu devirdilər.  Vazgen Manukyanın adını isə Ermənistan parlamentində baş verən terror aktında hallandırırlar, amma istintaq sona qədər davam etmədi və cinayətkar da bilinmədi. İndi isə 75 yaşlı Manukyan guya ki, Ermənistana nicat gətirəcək.
Ermənistan müharibəni uduzub, heç bir resursları yoxdur ki, ordusun bərpa etsin. Xalqa təzədən deyəcək ki, toqqanızın altını bərkidin müharibə edək? Ermənilər acından günorta dururlar. Paşinyan heç olmasa demokratik islahatlar vəd edirdi və bunu qismən də həyata keçirdi. Eyni zamanda, Ermənistanın qərbə doğru yönəlməsini, Azərbaycanla və Türkiyəylə sərhədlərinin açıqlamasını istəyirdi. Gəlin etiraf edək ki, məhz Paşinyanın inadkarlığı nəticəsində Qarabağ müharibəsi başlandı və Ermənistan uduzdu. Bu olmasaydı, problem yenə bir 20 il də davam edəcəkdi və Ermənistan yavaş-yavaş, çürüyə-çürüyə məhv olacaqdı. Ermənistanın bir dövlət kimi axırı yox idi. Düşünürəm ki, Paşinyanın istefasını tələb edən qüvvələrin hamısı müflisdir, Ermənistana böyük ziyan vurublar. Onlara baxanda Paşinyana şükür edirsən”.

Qeyd edək ki, bu gün Ermənistanda ümumxalq mitinqi keçirilir. Xalq yenə Paşinyanın istefasını tələb edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10