Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Nazirlikdən bildirilib ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.
Marşal Kavendiş İnstitutu və Azərbaycan Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlim görəcəklər.
Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, Sinqapur təhsil modeli dünya üzrə kifayət qədər uğurlu modeldir:
“Sinqapur təhsil sistemi öz göstəricilərinə görə dünya üzrə inkişaf etmiş ölkələrlə eyni sıradadır. Eyni zamanda, orada riyaziyyat fəninin tədrisi bütün dünya ölkələrindən fərqlənir. Təkcə Azərbaycan deyil, bütün dünya təhsil sistemi Sinqapur təhsil sistemidən çox şey öyrənməlidir”.
Ekspert xatırlatdı ki, 1965-ci iдвэ müstəqilliyini qazandıqdan sonra məhdud təbii sərvətə malik olan ən yoxsul ölkələrdən biri də Sinqapur olub:
“Burфda yanlız elit təbəqənin təhsili var idi və əhalinin oxuma-yazma bacarığı aşağı səviyyədə idi. Lakin bu gün sinqapurlu şagirdlərin xüsusilə riyaziyyat sahəsi üzrə bilgiləri bütün inkişaf etmiş ölkələrin şagirdlərinin biliklərindən öndədir. Həmin şagirdlər məktəbi bitirdikdən sonra ən yaxşı universitetlərə daxil ola bilirlər. Sinqapurda sərt nizam-intizam tələb edən təhsil sistemi var və müəllimlər ilkin olaraq 1500-1600 manat civarında təqaüd alırlar. Bu ölkədə büdcənin 20-25 faizi təhsil sisteminə ayrılır”.
pressklub

- Əsədov ölkəmizdə yeni modelini tədris edəcək müəllim heyətinin olmadığını vurğuladı:
pressklub