Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı qaizimiz 55 gündür komadadır:


Masallı rayon sakini 26 yaşlı Nurlan Əbilov Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. O, 21 senytabrda II Qarabağ Müharibəsi başlamazdan əvvəl ordu sıralarına könüllü olaraq cəlb edilib.

Bu barədə “BakuPost”a məlumat verən qazimizin yaxınları bildirdilər ki, 
 N.Əbilov baş nahiyyəsindən - beynin sol yarımkürəsindən yaralanıb:

“Hazırda M.Topçubaşov adına elmi cərrahiyə mərkəzində müalicə alır və bunadək artıq iki xəstəxana (Modul tipli yeni klinika və Bakı Sağlamlıq Mərkəzi) dəyişdirilib. 55 gündür ki, koma vəziyyətindədir. Səhhətində hələ ki, heç bir irəliləyiş qeydə alınmayıb, hissiyyatı yoxdur. Həkimlər də heç bir məlumat vermir, ancaq deyirlər ki, vəziyyəti ağırdır. Bu gün Hərbi Hospitala yerləşdiriləcək. Biz istəyirik ki, daha yaxşı tibbi avadanlıqlarla təchiz olunmuş klinikalara, yaxud xarici ölkələrə transfer olunsun.
Nurlanın ana-atası da dünyasını dəyişib, bacı-qardaşı da yoxdur. Özü də müharibəyə yollanmamışdan əvvəl Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirməyənə baxmayaraq, fəhlə işləyirdi. 2 övladı var. Ailəsi ilə birlikdə Masallının Şərəfə kəndində yaşayırdı.

Ləman
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10