Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda şirkət rəhbərinə cinayət işi açılıb


“Lənkəran Beynəlxalq Mühafizə Xidməti”nin rəisi qanunsuzluğa yol verib
 
Azərbaycanda şirkət rəhbərinin qanunsuz hərəkətləri aşkarlanıb. Cenub.az xəbər verir ki,  Lənkəran Rayon Prokurorluğunun məlumatına görə, Xarxatan kənd sakini, 36 yaşlı Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran Rayon Prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.
 
Həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 2018-ci il avqustun 9-da Azərbaycan ərazi hüdudlarını tərk edərək Rusiyaya getməsi və geri qayıtmamasına baxmayaraq, bu il aprelin 21-dən “Lənkəran Beynəlxalq Mühafizə Xidməti” MMC-də işə düzəlməsi müəyyən edilib.
 
“Lənkəran Beynəlxalq Mühafizə Xidməti”nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10