Braziliyanın Noiva do Kordeiro şəhərində yerləşən bir qəsəbə sahib olduğu fərqliliyi ilə dünyanın ən ilginc yerlərindən biri hesab olunur.
Cenub.az xəbər verir ki, yalnız qadınların yaşadığı qəsəbəyə kişilər sadəcə həftə sonları gələ bilir. Qəsəbənin qadın sakinləri isə qəsəbələrinin kişilər olmadan daha gözəl və səliqəli olduğunu deyir.
Evli olan bəzi qadınların ərləri və 18 yaşından böyük oğlan uşaqları qəsəbədən kənarda yaşayaraq orada çalışır. Fermerlikdən şəhər planlamasına qədər hər şeylə qadınların məşğul olduğu qəsəbədə bu zərif cinsin nümayəndələri qərarları təkbaşına verirlər. Qəsəbədə problem yarandıqda isə kişilər kimi dava etmək yerinə problemləri qadın gözü ilə ələ alıb, fikir birliyi ilə həll etməyə çalışırlar.
Hər şeyi bərabər planlaşdırıb bütün işləri paylaşan qadınlar burada rəqabət olmadığını və hər kəsin bir-biri ilə xoş münasibətdə olduğunu söyləyir.