Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanda şəhid qardaşının bayraq arzusu reallaşdı


Onun baş daşının kənarında 15 metrlik hündürlükdə bayraq ucaldıldı


 40 gün öncə 2-ci Qarabağ savaşında qəhrəmanlıqla döyüşərək Şəhidlik zirvəsinə yüksəlmiş ərkivanlı (Bağlaküçə məhəlləsi) Əlizadə Famil Habil oğlunun  qardaşı Qabilin arzusu bu gün reallaşıb.

Xatırladaq ki, şəhid Famil yaralandıqdan sonra, son nəfəsində “Axır ki,  arzuma çatdım, düşməni məhv edib, şəhidlik zirvəsinə yüksəldim” demişdi. Qardaşı Qabil Əlizadə xeyriyyəçilərin “Nə arzun var, de, reallaşdıraq” müraciətinə, o,  “Qardaşım Vətən uğrunda, Bayraq uğrunda şəhid oldu. Arzum odur ki, onun məzarının, baş daşının üstündə Azərbaycan Bayrağı daha ucada dalğalansın”. 

Rayonumuzdakı yardımsevərlər  şəhid qardaşının bu arzusunu reallaşdırmaq qərarına gəliblər. Masallıda fəaliyyət göstərən “Ümidin sənsən” İB-nin sədri Fidan Abbaslının bu barədə çağırışına öncə   Bakıdakı “Könüllü Yardım Fondu”nun Masallı nümayəndəliyi səs verib. Fondun təmsilçisi Kamral Qasımovun

bildirdiyinə görə Fidan xanımın çağırışından sonra fondun yardımsevərləri qərara alıb ki, onun abidəsinin yanında uzunluğu 15 metr olan dirəyə bərkidilmiş bayraq asaq. Bayraqın uzunu 1,50,    eni 3 metrdir. Bu gün, şəhidin 40 mərasimi günü onun qardaşının arzusunu reallaşdırdıq. Allah şəhidimizi rəhmət eləsin.


Bundan əlavə “Ümidim sənsən” İB bir tərəfində şəhidin şəklləri  olan foto-sessiya, digər tərəfində Təqvim olan buklet hazırlatdırmış və mərasim iştirakçılarına paylamışdır. Həmçinin mərasim iştirakçılarına ehsan kimi şirniyyat paylanmışdır.

Mərasimdə yardımsevərlər, qəsəbə rəhbərləri, qazilər, digər sakinlər iştirak etmişlər.


“Ümidin sənsən” İB-nin mətbuat xidmət















Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10