Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda "qoçuluq" edən sürücü ananın gözü qarşısında övladını boğdu


Bakı-Sumqayıt yolunda baş verən yol qaydası pozuntusu sonradan davaya çevrilib.

Cenub.az
xəbər verir ki, bu hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayılıb. 

Videodan da göründüyü kimi "Chevrolet" markalı, 99-VM-967 qeydiyyat nişanlı avtomobil qarşıda hərəkətdə olan avtomobilin qadın sürücüsü üçün qəza şəraiti yaradıb.

Həmin vaxt qadının yanında 2 övladı da olub. Qadın "Chevrolet" markalı avtomobilin sürücüsünə etiraz edib. Kişi sürücü isə cavabında qadını təhqir etməyə başlayıb. Bu zaman qadının 14 yaşlı övladı avtomobildən düşüb.

"Chevrolet" markalı avtomobilin sürücüsü ananın gözü qarşısında 14 yaşlı oğlanı boğmağa başlayıb. Avtomobildə olan digər 7 yaşlı uşaq qorxudan qışqırıb. Oradan keçən vətəndaşlar köməyə gəlib.

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, bu barədə polisə məlumat daxil olub.

“Hazırda araşdırmalar aparılır. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək”, - deyə Elşad Hacıyev bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10