Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir.
 
Cenub.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Trend-ə bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək.
 
K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir:
 
“Bu məsələ qanunla tənzimlənir və bunun mexanizmi də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir.
 
Təbii ki, bələdiyyələrin yaradılması üçün Prezident İlham Əliyev müvafiq qanun layihəsi ilə Milli Məclisə müraciət etməlidir və ondan sonra Milli Məclis bu və ya digər bələdiyyələrin yaradılması ilə bağlı qanun qəbul edir və artıq qanunla yaradılmış yeni bələdiyyələrin adları bələdiyyələrin siyahısına və müəyyən işlər görüldükdən sonra da Milli Məclisdə aparılan bələdiyyələrin reyesterinə daxil edilir”.
 
Bələdiyyə seçkilərinə gəldikdə K.Bayramov vurğulayıb ki, burada bir sıra məqamlar var:
 
“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə indiyə qədər bələdiyyə seçkiləri keçirilməyib. Çünki soydaşlarımız indiyə qədər işğal nəticəsində həmin ərazilərdə yaşaya bilmədikləri üçün seçkilərin keçirilməsi də mümkün olmayıb. Ona görə də həmin ərazilərdə bələdiyyə seçkiləri məhz soydaşlarımızın yaşayış yerlərinə qayıtmasından sonra, o ərazilər üzrə seçici siyahılarının müəyyən olunmasından sonra baş tuta bilər.
 
Ancaq ilk növbədə təbii ki, o ərazilər minalardan təmizlənməlidir, orada həyat qurulmalıdır, vətəndaşlarımız həmin rayonlara köçməlidir və digər müvafiq işlər görülməlidir. Aydındır ki, bələdiyyələr həmin ərazilərdə yaşayan vətəndaşlardan seçilir, ona görə də gərək vətəndaşlar ora köçə bilsinlər ki, bələdiyyələri də formalaşdırmaq mümkün olsun”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10