Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkə Başçısı cənuba gəlir


Ölkə Başçısı cənuba gəlir

Onun Masallıda, Cəlilabadda və Astarada açılışlar edəcəyi gözlənilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 illik fasilədən sonra yenidən, yaxın günlərdə cənuba gələcəyi gözlənilir. Əldə etdiyimiz məlumatlara görə, bu səfər zamanı Ölkə Başçısı Cəlilabadda yeni Dəyirman binasının, Masallıda əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Xəstəxananın, Şəhər 2 saylı Uşaq Bağçasının yeni tikilmiş binasının (elə xəstəxananın şimal tərəfində) açılışında iştirak edəcəyi gözlənilir. Səfər proqramında Masallıda Sənaye məhəlləsinin (Seybətinlə Öncəqala arasında) təməlqoyma mərasiminin, eləcə də Ələt-Astara yolunun Cəlilabaddan Astaraya qədər olan hissəsinin və Astara-Astara dəmir yolunun da açılışı gözlənilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10