Noyabrın 20-də dünyasını dəyişmiş Xalq artisti, diktor Sabir Ələsgərov haqqında maraqlı faktları təqdim edirik.
Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tiflisdə anadan olub. 1961-ci ildə Mirzə Fətəli Axundov adına Rusdili və Ədəbiyyatı İnstitutunu bitirir. Amma diplom ala bilmir. O zaman kəndlərdə rus dili müəllimi çatışmırdı. O, Qazaxın Düzqışlaq kəndində yaşayan nənəsigilə gedir, kənddə işləməyə başlayır. Yalnız bu halda o, arayış əldə edib, diplomunu götürə bilərdi. Ancaq kənd həyatı şəhərdən gedən gənc üçün çətinliklər yaradır. Maşın olmadığından Sabir hər gün 10 km yolu piyada işə gedir.
Diktor müsahibələrinin birində həmin günlər haqqında xatırlayır: “İlk maaşımı Qazaxda rus dili müəllimi işlədiyim vaxt almışam. Ona “alışma” almışdım. Alışma, yəni dana kəsirdilər və dananın ətini də bir neçə adam arasında bölürdülər. Mən də 5-6 kilo ət almışdım. Yadımdadır ki, yemək yeyərkən gördüm nənəm ağlayır. Dedim, ay nənə, niyə ağlayırsan? Dedi ki, əhd etmişdim ki, sənin ilk qazancını dadım. Televiziyada isə ilk qazancım yadıma gəlmir. Cavan idik, bilmirəm nəyə xərclədim”.
Diplomunu alandan sonra isə kənddə qalıb işləmir, Bakıya radioda işləyən dayısı Yaqub Ələsgərovun yanına gəlir. Həmin vaxt da radioda diktor müsabiqəsi keçirilir. Sabir Ələsgərov həmin müsabiqədə iştirak edir. 33 nəfərin içərisindən təkcə onu seçirlər. Lakin, rus dili müəllimi olduğu üçün onu diktor kimi yox, ştatdan kənar müxbir kimi işə götürürlər.
***
1966-cı ildə yenidən AzTV-də müsabiqə keçirilir. Müsabiqədə iştirak edən Sabir Ələsgərov bu dəfə də qalib gəlir. Və onu diktor kimi işə qəbul edirlər. Səsi münsiflər heyətinin xoşuna gəldiyi üçün onu məcburi televiziyaya göndərirlər. Sabir müəllim isə arıq olduğu üçün televiziyada işləmək istəmir. Növbəti gün o, çox məyus halda axşam efirinə çıxır. O gündən 2006-cı ilə qədər 44 il AzTV-də işləyir.
2006-cı ildə isə onu təqaüd yaşı çatdığı üçün işdən çıxarırlar. Ona təklif edirlər ki, o, ancaq qonorarla işləyə bilər. Bu təklifi isə Sabir müəllim qəbul etmir, işsiz qalır. İşdən çıxan günü diktorun həyat yoldaşı rəhmətə gedir. 44 illik iş yerini və həyat yoldaşını itirmək onun üçün çox çətin olur. Belə günlərin birində onu özəl kanalların birində diktor-pedaqoq kimi işləməyə dəvət edirlər.
***
Sabir Ələsgərov gənc yaşda ailə həyatı qurub. Oğlu Xalq Təsərrüfatı İnstitutunu bitirərək neft şirkətlərinin birində işləyir. Qızı isə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib atası ilə birgə yaşayıb.
***
2016-cı ilin fevral ayında Xalq artisti Sabir Ələsgərovun səhhəti qəfildən pisləşir. Onun böyrəklərində problem yaranır və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilir. Sosial şəbəkədə Xalq artistinə maddi kömək göstərmək üçün kampaniya başlayır. Diktorun vəziyyəti qaydasına düşəndən sonra evə buraxılır.
Sağalandan sonra onun ən sevimli məşğuliyyəti axşamlar həyətə düşüb özü kimi yaşlı adamlarla söhbət etmək və krossvord həll etmək, şeir yazmaq olur. Sabir müəllim özü bu haqda belə deyir: “Mən krossvordsuz yaşaya bilmirəm. Krossvord olmasa, elə bilirəm nəyisə itirmişəm. Arada özüm üçün də şeirlər yazıram”.
***
Sabir Ələsgərov səhhətində yaranan problemlərə görə, növbəti dəfə bu ilin aprelində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilir, bir ay sonra isə evə buraxılır. 2020-ci il noyabrın 20-də diktorun səhhəti yenidən pisləşir və 84 yaşında dünyasını dəyişir.